Resept:Tel
TEL
Əla növ buğda unu – 200 q, şəkər tozu – 520 q, ərinmiş yağ – 270 q, limon turşusu – 2 q. Şəkər tozu su ilə qaynadılır, limon turşusu əlavə edilib tərkibində 3-4 faiz su qalanadək bişirilir. Karamel kütləsi yağlanmış mərmər stola tökülüb bir qədər soyudulur. İstiliyi 70-750˚ C olan kütlə çəkilib ağardılır. Eyni zamanda yağ tavada qızdırılır, üzərinə un əlavə edilir və qovurulur. Qovurulmuş kütlənin tavanın hər yerindən qaynaması onun hazır olmasını göstərir. Bundan sonra qovurulmuş un təknə içərisində karamel kütləsi ilə qarışdırılıb çəkilir və məhsul çap şəkilində saçaqlanır. Hazırlanmış tel tez bir zamanda soyudulur.