Resept:Tikə kabab
Tikə kabab | |
---|---|
Kateqoriya: | Azərbaycan mətbəxi |
Porsiya: | 2 |
Enerji qiyməti: | 1500 kk |
vaxt: | 1 saat |
Hazırlanma mürəkkəbliyi: |
Tərkibi
redaktə- Qoyun əti - 330q;
- baş soğan 0 60q;
- göy soğan - 40q;
- cəfəri və reyhan 10q;
- sumaq - 3q, və ya narşərab - 5q;
- duz;
- istiot.
Hazırlanma qaydası
redaktəQoyun ətinin bud və ya bel hissəsindən 35-40 qramlıq tikələr kəsib duz və istiot vurulur, şişə taxılır və manqalda od üzərində qızardılır. Bəzən kababın əvvəlində yazılmış qayda üzrə basdırma hazırlanır. Kabab hazır olan kimi masaya verilməlidir. Tikə kababın yanında haqavari doğranmış soğan və ya narşərab, (yay vaxtı şişdə qızardılmış pomidor) istiot və duz verilir.