Resept:Tortilla


Tortilla — ispan mətbəxinə aid təam

TərkibiRedaktə

  • 5-6 ədəd orta kartof
  • 100 q korizo (İspaniyada kolbasa növu, ovçu kolbasası ilə əvəz etmək olar)
  • 5 yumurta
  • 250 q süd
  • duz - zövqə görə
  • istiot - zövqə görə

HazırlanmasıRedaktə

Kartofun və kolbasanın qabığı soyularaq, həlqəvari formada doğranılır. Hər ikisi zeytun yağında, ağzı bağlı qabda hazır olana qədər bişirilir. Ayrıca qabda yumurta südlə qarışdırılır, üzərinə duz və istiot vurulur.

Kartofla kolbasa azca dərin siniyə yığılır. Bunun üçün saxsı qabdan istifadə olunması daha məsləhətlidir. Südlü-yumurtalı qarışıq üstünə tökülür. Sobada 180 dərəcədə yarım saat bişirilir.

MənbəRedaktə