Resept:Toyuq kababı

Tərkibi

redaktə
  • Toyuq əti - 300q,
  • baş soğan - 35q,
  • keşniş və cəfəri - 25q,
  • duz, istiot, sumaq.

Hazırlanması

redaktə

İlk emaldan keçirilmiş toyuq ətindən 40-50 qramlıq tikələr kəsilir, duz və istiot vurulur. Şişə taxılıb manqalda qızardılır. Hazır kababın yanına halqavari doğranmış baş soğan verilir və üstünə göyərti səpilir. Hind toyuğu kababı da belə hazırlanır.