Resept:Toyuq piroqu

Ərzaqlar

redaktə

Xəmir üçün

  • 200 qram marqarin;
  • 200 qram xama;
  • 2 ədəd yumurtanın sarısı;
  • 1,5-2 stəkan un;
  • 0,5 ç.q. şəkər tozu;
  • bir çimdik duz;
  • 1 x.q. xəmiri yumuşaldan.

Toyuq içi hazırlamaq üçün

  • Toyuğun yarısı;
  • 2-3 ədəd soğan;
  • 0,5 stəkan bulyon;
  • duz, istiot.

Düyü içi üçün:

  • 0,75-1 stəkan düyü;
  • 5-6 ədəd yumurta;
  • 0,5 stəkan bulyon;
  • 30 qram kərə yağı;
  • 1 ədəd yumurta;
  • duz.

Hazırlanma qaydası

redaktə

Una yumuşaldıcı əlavə edib qarışdırın. Yumurtaların sarısını ağından ayırıb (yumurtanın ağı istifadə olunmayacaq), üzərinə duz, şəkər, xama və yumuşaldılan marqarini əlavə edib yaxşıca qarışdırın.

Hazırladığınız kütləyə unu tədricən əlavə edərək, xəmir yoğurun və soyumaq üçün 20 dəqiqə ərzində soyuducuya yerləşdirin.

Soyuyan xəmiri iki hissəyə bölün. Xəmirin bir hissəsini bişirmək üçün xüsusi forma qabına yerləşdirib, üzərinə ardıcıl laylarla düyü içi- toyuq içi və yenə də düyü içi – toyuq içi tökün. Xəmirin ikinci hissəsini yayıb piroqun üzərinə qapaq forması kimi yerləşdirib, xəmirin qıraqlarını çimdikləməklə bağlayın.

Piroqun üzərinə yumurtanın sarısını çəkib və onu orta hissəsindən çəngəllə deşin (buğunun çıxması üçün).

Toyuq içi hazırlamaq üçün: Bişmiş toyuq ətini sümükdən ayırıb, xırda-xırda doğrayırsız. Sonra doğranılmış toyuq ətini yağda soğanla qızardıb, üzərinə tədricən 0,5 stəkan bulyonu əlavə edirsiz. Düyü içi hazırlamaq üçün: bişmiş yumurtaları xırda-xırda doğrayın. Sonra bişmiş düyünü yumurta ilə qarışdırıb, üzərinə tədricən 0,5 stəkan bulyonu töküb və bir parça kərə yağı qatıb yaxşıca qarışdırırsız. Duz səpməyi də unutmayın.
Toyuq piroqunu 180-200 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə ərzində bişirin.

Mənbə

redaktə