Resept:Xamalı peçenye
Lazım olan ərzaqlar
redaktəHazırlanması
redaktəUn ələnir və qabartma tozu ilə qarışdırılır. Sonra yumurta şəkərlə çalınır. Bunun üzərinə yumuşaldılmış kərə yağı əlavə olunur və yenə qarışdırıllır. Bundan sonra xama əlavə olunur və yaxşıca qarışdırılır. Daha sonra alınan məhlula tədricən qabardıcı tozla qarışdırılmış un əlavə olunur, yumuşaq xəmir yoğrulur.
Qeyd edək ki, alınan xəmir ələ yapışıb qalır, lakin bunun qorxusu yoxdur. Kündə eləmək mümkün olana qədər xəmirə un əlavə edib, yoğurun.
Hazır xəmiri un səpilmiş stolun üstündə 4-8 ml qalınlığında yayılır və müxtəlif formalarla kəsilir. Əgər formalar yoxdursa, onda yayılmış xəmiri 4 künc və ya romb şəklində kəsə bilərsiniz. Kəsilmiş fiqurlar sobanın qablarına yığılır. Sonra o əvvəlcədən 180 dərəcədə qızdırılmış sobada 15-20 dəqiqə ərzində bişirilir. (Bişirilmə müddəti xəmirin qalınlığından asılıdır). Hazır peçenyelərin üzərinə şəkər pudrası səpilir.