İnqrediyentlər

redaktə

Xarçonun hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır:

  • Qoyun və ya mal əti - 600 qram;
  • Soğan - 2 ədəd;
  • Kök - 1 ədəd;
  • Pomidor - 4 ədəd;
  • Şirin bibər - 1-2 ədəd;
  • Sarımsaq - 3-5 diş;
  • Düyü - 4-5 xörək qaşığı;
  • Qoz ləpəsi - 0,5 stəkan;
  • Dənəcəkli qara istiot - 5-10 ədəd;
  • Dəfnə yarpağı - 2 ədəd;
  • Bitki yağı - 2 xörəl qaşığı;
  • Duz - 1,5 qaşığı;
  • Keşniş, cəfəri - 0,5 dəstə;
  • Acı bibər - 1 ədəd.

Hazırlanması

redaktə

Ət doğranılır və 10 dəqiqə müddətində güclü odda, tavada qızardırılır.

Doğranmış soğan, yerkökü əlavə edilir. Daha 10-15 dəqiqə qarışdırılır.

Tərəvəzlə ət qazana qoyulur, üzərinə 2,5-3 litr soyuq su əlavə edilir və zəif odda 30-45 dəqiqə qaynadılır, qaynama müddəti ətin növündən də asılıdır.

Pomidor sürtgəcdən keçirilir, şirin bibər xırda kub formasında doğranılır, ət yaxşı bişəndə bunlar da əlavə edilir. Düyü əlavə edilir və bişənə qədər bişirilir.

Ən sonda isə əzilmiş istiot, qoz, əzilmiş sarımsaq və dəfnə yarpağı əlavə edilir.

Od söndürülürdükdən sonra xörəyi 20 dəqiqə saxlamaq lazımdır. Xörəyi boşqaba çəkəndə üzərinə halqa formasında doğranmış acı istiot və doğranmış keşniş və cəfəri tökmək lazımdır.

Mənbə

redaktə

Xarici keçid

redaktə