Resept:Yabanı göyərtidən qutab

TərkibiRedaktə

  • Yabanı göyərti (balva, quşəppəyi, quzuqulağı, gicitikən, cincilim və s.) - 400q,
  • buğda unu - 150q,
  • ərinmiş yağ - 20q,
  • lavaşana - 10q,
  • yumurta - 1/2 əd.,
  • maya - 10q,
  • qatıq - 50q,
  • kərə yağı - 20q,
  • istiot, duz.

HazırlanmasıRedaktə

Göyərti təmizlənir, yuyulur və yağda pörtlədildir. Göyərtiyə duz, istiot və lavaşana qatılıb yaxşıca qarışdırılır. Una yumurta, su, duz və maya qatılıb xəmir yoğrulur. Xəmir gəldikdən sonra kündələnir 2mm qalınlığında kiçik dairələrə yayılır. Arasına göyərti qiyməsi qoyulub aypara şəklində bükülür və qızğın hər iki üzü bişirilir.

Süfrəyə verilməsiRedaktə

Süfrəyə verdikdə qutabın üstünə ərinmiş kərə yağı tökülür, yanına isə qatıq qoyulur.