Resept:Yerkökü-çuğundur şirəsi
Yerkökü-çuğundur şirəsi – qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda, isti günlərdə susuzluğu yatırmaq üçün içilir.
Hazırlanma qaydası
redaktəBu şirə üçün ayrı-ayrılıqda yerkökü-çuğundur şirəsi hazırlanır.Şəkərdən 50%-li şərbət bişirilir və hər kq şərbətə 1 xörək qaşığı limon turşusu əlavə edilir.1 l şirə hazırlamaq üçün 700 ml yerkökü, 250 ml çuğundur şirəsi qarışdırılır, süzülür, üzərinə 50 ml 50%-li turşulaşdırılmış şəkər şərbəti tökülür, 80-85 °C temperatura qədər qızdırılır, bankalara tökülür, yarımlitrlik bankalar 10-15 dəq, litrlik bankalar 15-20 dəq, üçlitrlik balonlar isə 30 dəq, qaynayan suda pasterizə edilir. Bankaların ağzı germetik ağzı bağlanır, qapağı üstə soyudulub, qapanlıq və sərin yerdə saxlanılır.