Resept:Yerkökü şirəsi

Yerkökü şirəsi — qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda, isti günlərdə susuzluğu yatırmaq üçün içilir.

Hazırlanma qaydası

redaktə

Şirə hazırlamaq üçün yerkökünün iri ölçülü şirəli sortlarından istifadə etmək lazımdır. Yerkökü axar su altında təmiz yuyulur, yaşılımtıl saplağı kəsilir, suyu süzmək üçün süzgəcə yığırlar. Yerkökü şirəçəkən maşından keçirilir, alınmış şirə tənzifdən süzülür. Şirə emallı qazanda 60-70°C temperatura qədər qızdırılır, banka və balonlara tökdükdə ikinci dəfə yenə tənzifdən süzülür, yarımlitrlik bankalar 20 dəq, litrlik bankalar 30 dəq, üçlitrlik balonlar 45-50 dəq, qaynayan suda pasterizə edilir.