Resept:Yulaflı-kişmişli qurabiyyə

Lazım olan ərzaqlarRedaktə

24 qurabiyyə üçün

  • 1 stəkan yarım (325 g) un
  • 1 çay qaşığı qabartma tozu
  • 1 çay qaşığı darçın
  • 1/4 çay qaşığı duz
  • yarım stəkan (125 g) duzsuz kərə yağı – doğranmış, otaq hərarətində
  • 1 stəkan (220 g) tünd şəkər tozu (mixəyi rəngdə olur)
  • yarım stəkan (125 g) ağ şəkər tozu
  • 2 iri yumurta
  • 1 çay qaşığı vanil ekstraktı
  • 1 stəkan yarım (140 g) yulaf lopası
  • 2 stəkan (375 g) qara kişmiş

Hazırlanma qaydasıRedaktə

Sobanı 180C-dək qızdırın. 2 iri dəyaz listin dibinə kalka kağızı sərin.

Bir kasada un, qabartma tozu, darçın və duzu qarışdırın. Kənara qoyun.

Ləyəndə yağ və şəkərləri mikserlə hamar olanadək çalın. Yumurta və vanil ekstraktını əlavə edib, qarışanadək çalın. Kasadakı unlu qarışığı və yulafı da buraya əlavə edib, bütün ərzaqlar qarışanadək çalın (çox deyil). Kişmişi də buraya əlavə edib qaşıqla qarışdırın.

Xörək qaşığıyla xəmirdən götürüb listə bir-birindən təxminən 7 sm aralıqda təpəciklər qoyun. İdeal forması olmasa da olar, çünki bişərkən xəmir onsuzda yayılacaq. Əvvəlcə sobanın orta rəfində bir listi bişirin, sonra isə o birisini. Qurabiyyələr 15-20 dəqiqədə bişəcəklər. Üstlərinə barmağınızla yavaşca basın – əgər üstü bir qədər bərkiyibsə, onda qurabiyyələr hazırdır. Narahat olmayın, qurabiyyələr sobadan çıxdıqdan sonra bərkiyəcəklər. Qoyun onlar listdə bir az soyusunlar, sonra qaba yığın. Bu qurabiyyələrin çölü bir qədər xırt-xırt olur, içi isə yumuşaq. Sabahı daha da yumuşaq olurlar. Üstü ortülü bir qabda saxlayın.

MənbəRedaktə