Resept:Yumurtalı ət küftələri

Ərzaqlar

redaktə
  • 600 qram çəkilmiş maı əti (farş)
  • 2 ədəd soğan
  • 2 diş sarımsaq
  • 2 ədəd bişmiş yumurta
  • cəfəri
  • duz, istiot

Unlamaq üçün

  • 2 ədəd yumurta
  • 1 x.q. xardal
  • suxarı
  • bitki yağı

Hazırlanma qaydası

redaktə

Soğanı, sarımsağı və cəfərini təmizləyib xırda-xırda doğrayın. Sonra soğanı tavada qovurub, üzərinə sarımsağı, göyərtinin yarısını əlavə edib 4-5 dəqiqə ərzində qızardın.

Çəkilmiş ətin (farşın) üzərinə qızartmada istifadə olunmuş yağı süzüb, içindəki qızardılmış ərzaqları əlavə edin. Sonra üstünə duz, istiot və qalan göyərtini qatın. Farşı yaxşıca qarışdırın. Hazırlanmış farşı 6 hissəyə bölüb, eyni ölçüdə küftə tutun.

Ayrı qabda yumurtanı sındırıb üzərinə xardalı qataraq yaxşıca çalın. Başqa qabda isə suxarı tökün.

Hazırlanmış farşın içinə bişmiş yumurtanı yerləşdirib küftə tutursuz. Sonra tutduğunuz küftələri suxarı yerləşən qabda diyirlədin. Həmçinin bu küftələri yumurta və xardal olan qarışığa batırıb, bitki yağında tavada qızardın. Sonra qızardılmış küftələri tavadan götürüb, 180 dərəcə qızdırılmış sobada 8 dəqiqə ərzində bişirin.

Mənbə

redaktə