Resept:Zəfəranlı kroketlər
Ərzaqlar
redaktə- 1 ədəd yumurta
- 50 q. kərə yağı
- 4 ədəd kartof
- 50 q. pendir
- 10 q. zəfəran
- 15 q. un
- Şüyüd, cəfəri
- Zövgə görə duz, istiot
Hazırlanma qaydası
redaktəKartofların qabığını soyub suda bişirin. Sonra bişmiş kartofları yaxşıca əzib, üzərinə çalınmış yumurta, un, 30 qram kərə yağı və sürtgəcdən keçirilmiş pendiri əlavə edin. Hazırladığınız püredən kürəciklər düzəldib yağlanmış tavaya düzün, 200 dərəcə qızdırılmış sobada 3 dəqiqə saxlayın. Kroketlərin üzərinə zəfəran səpib doğranmış şüyüd və cəfəri yarpaqları ilə bəzəyin.