Resept:Südlü dondurma

(Südlü dondurma səhifəsindən yönləndirilmişdir)

Lazım olan ərzaqlar

redaktə
  • 2,5 stəkan süd,
  • 1 stəkan şəkər tozu,
  • 4 ədəd yumurta
  • vanilin.

Hazırlanma qaydası

redaktə

Yumurtanın sarısınin üzərinə şəkər əlavə edib möhkəm qarışdırılır və ona vanilin əlavə edilir. Sonra alınan qarışıq qazanda isti südün içərisinə tökülərək, taxta qaşıqla mütəmadi olaraq odun üzərində qarışdırılır. Qazandakı qarışıq nisbətən qatlaşandan və üzündəki köpüyü yox olandan sonra odun üzərindən götürülüb, ələkdən və yaxud bir neçə qat tənzifdən süzülərək soyudulur. Soyudulmuş kütlə dondurma qablarına yığılaraq, soyuducuda dondurulur, üzərinə xırda doğranmış qoz səpilir.