Səbzi qovurma
Lazımlı ərzaqlar
redaktəadambaşına
- 300 qr qoyun əti
- 1 baş soğan
- 25 qr ərzinmiş yağ
- 10 qr abqora (kal üzüm şirəsi), yaxud limon duzu
- habelə tam üçün duz götürülür.
Hazırlanma qaydası
redaktəQoyun əti sümüksüz tikələrə kəsilib duzlanır və qovrulur. Sonra yağda qızardılmış soğan, limon duzu, yaxud abqora vurulub öz buğunda bişirilir. Hazır olmasına 5 dəqiqə qalmış ətə narın doğranmış göyərti (ispanaq, kəvər, şüyüd, keşniş) qatılır.