Resept:Səməni

(Səməni səhifəsindən yönləndirilmişdir)

Səməni — həyat və bolluq rəmzi, baharın ilk müjdəçilərindən hesab olunur.

«Səməni, saxla məni, ildə göyərdərəm səni» deyən ulularımız yazın başlamasını təbiətin yenidən canlanması kimi qiymətləndiriblər. Səməni ilk iki çərşənbədən sonra, Novruz bayramına 10 gün qalmış göyərdilir. Qədimdə səməni əsasən toxumluq buğdadan qoyulurdu. Süni qablarda göyərdilən səməni yazda səpiləcək toxumun keyfiyyətini yoxlamağa imkan verirdi. Əgər səməni yaxşı cücərib boy atsa, bu o deməkdir ki, bol məhsul olacaq. Bəzən suda isladılmış başqa toxumlardan da səməni qoyurlar. Bayram süfrəsi nemətləri arasında səməni mütləq olmalıdır. Özü də səməni yalnız evdə hazırlanmalıdır. Mütəxəsislər bazarlardan hazır səməni alınmasını düzgün hesab etmirlər. Bu səbəbdən Milli bayramımız olan Novruz bayramının əsas atributlarından biridir.

Hazırlanması

redaktə
  • 0,5 kq buğda, tənzif və su lazımdı.
  • Buğdanı 1 gün tənzifddə şişməsi üçün suda saxlamaq lazımdı.
  • Rişə salmış buğdanının üstü qurumasın deyə ya üstünə nəm tənzifi sərmək, ya da hər gün su səpmək lazımdır.

Xarici keçidlər

redaktə

Səməni necə hazırlanır