Sarımsaq
Xalq təbabətində sarımsaqdan xörəklərdə və ya turşuya qoyulmuş sarımsaqdan vərəm xəstəliyi zamanı iştaha artıran, bəlğəmgətirən və sinə iltihabını təmizləmək məqsədilə işlədilir. Soyuqdəymə və sətəlcəm olduqda tənəffüs yollarını açmaq üçün sarımsaq yeyirlər. Sarımsaqdan çəkilmiş spirtdən xroniki mədə katarı, mədənin həzm etmə zəifliyi, qarın köpü zamanı, eləcə də xroniki amyoblu ishalı müalicə etmək üçün istifadə olunur. Bundan başqa, sarımsaq yoğun bağırsaq xəstəliyi zamanı da işlədilir. Sarımsaq suyundan şəkər diabeti xəstəliyinə tutulanlara vermək də faydalıdır. Zaqatala rayonunda qabığı soyulmuş "sarımsaq bəhməzi" bişirilir. Həmin bəhməz hipertoniya xəstəliyinə tutulmuş adam üçün ən yaxşı müalicə vasitəsidir.
Bu mətn hələlik qaralama halındadır.
Mətni redaktə edərək Vikikitabı zənginləşdirə bilərsiniz. Etdiyiniz redaktələri mənbə və istinadlarla əsaslandırmağı unutmayın. Bu şablonu daha dəqiq şablonla əvəz edə bilərsiniz |