Sosial şəbəkələr/Sosial şəbəkələrin əhəmiyyəti

../ Sosial şəbəkələr

../


İnternetin nəhəng məlumat bazası hər saniyə yeni xəbərlərlə zənginləşir. İnternet genişləndikcə bu şəbəkə vasitəsilə dünyanın istənilən nöqtəsində yaşayan insanlarla virtual ünsiyyət qurmaq, məktublaşmaq, on-line rejimində keçirilən müxtəlif forumlarda iştirak etmək, kitab, jurnal və qəzetlərin elektron versiyalarını oxumaq, alış-veriş etmək, radio dinləmək, televiziya verilişlərinə tamaşa etmək, gündəlik hadisələr haqqında operativ məlumatlar almaq mümkündür. Bütün bu sadalananlar insanlara bilik əldə etmk ücün İnternetdən ən geniş şəkildə istifadə etmək imkanları verir.

Bu gün İnternet mühitində ən populyar layihələrdən biri sosial şəbəkələrdir. Odur ki, bir çox qabaqcıl ölkələrdə informatika, xarici dil, coğrafiya və digər sahələrin müəllimləri İnternet resurslarından təhsil və təlim məqsədi ilə istifadə etməyə başlayıblar. Əgər bir neçə il öncə sosial şəbəkə serverləri gənclərin əyləncə, vaxt keçirmə yeri sayılırdısa və onlara çox ziyanlı, gənclərin tərbiyəsinə mənfi təsir göstərən layihələr kimi, İnternetə isə kefiyyətsiz referatlar və düzgün olmayan informasiya mənbəyi kimi baxılırdısa, son zamanlar İnternet şəbəkəsinə münasibət tamamilə dəyişmişdir. Artıq yeniləşdirilmiş virtual elektron kitabxanalar, virtual ensiklopediyalar və sosial şəbəkələr hesabına İnternet müsbət xarakter almış və tədrisdə geniş istifadə olunmağa başlamışdır.