Sosial şəbəkələr/Xarici dillərin öyrənilməsində sosial şəbəkələrin rolu

../ Sosial şəbəkələr

../

Son zamanlar İnternetin imkanlarından istifadə edərək xarici dillərin öyrənilməsi kütləvi hal almaqdadır. Bununla əlaqədar bir sıra sosial şəbəkələr mövcuddur ki, onlarda dil öyrənmək istəyənlər üçün xüsusi şərait yaradılmışdır. Onlara misal olaraq www.livemocha.com və www.soziety.com layihələrini göstərmək olar. Bu saytlarda qeydiyyatdan keçmiş istifadəçi müxtəlif dil daşıyıcıları olan istifadəçilərlə tanış olur və öz ana dilini onlara öyrətməyin müqabilində onlardan yeni dil öyrənir.

Nəzərə alsaq ki, bu şəbəkələrdə müxtəlif dildə danışan milyonlarla İnternet istifadəçiləri toplanmışdır, deməli hər kəs istədiyi və bildiyi dildə ünsiyyət yarada bilər. Çox vaxt dili o qədər də yaxşı bilməyən istifadəçilərin, həmin dildə dialoq qurmaq cəhdlərinə də rast gəlinir. Bu zaman digər istifadəçilərin yardımı və məsləhətləri onun köməyinə gələcəkdir. Hətta bu üsulla dilin daha mükəmməl öyrənilməsi mümkündür. Sosial şəbəkələrdə müxtəlif terminlər barədə müzakirələr aparmaq, mübahisələr nəticəsində ümumi qərar qəbul etmək artıq ənənə halını almışdır. Bu baxımdan son zamanların tədqiqatları sosial şəbəkələrə dilçilərin, tarixçilərin, siyasətçilərin maraqlarının artmasını göstərir.