Sosial sferanın iqtisadiyyatı və onun idarə edilməsi/Əhali gəlirlərinin və istehlakının qiymətləndirilməsi və proqnozlaşdırılması

../ Sosial sferanın iqtisadiyyatı və onun idarə edilməsi

../

Əhali gəlirlərinin təhlili onun struktur dəyişməsi ilə müəyyənləşir. Struktur təhlil gəlirlərin mənbələri, normaları və sosial demoqrafik qrup əhalisi üzrə dəyişmə dinamikası ilə müəyyənləşir. Aşağıdakı mənbələr hesabına gəlirlərin əsas həcmi və strukturu formalaşır. Əhali gəlirləri bölgü və yenidən bölgü sistemi ilə, onun səmərəsi ilə hər bir ailənin, nəfərin əldə etdiyi və onun mövcüd qiymətlərdə istehlak üçün xərclədiyi pul vəsaitləri ilə ölçülür. Əhalinin gəlirləri dövlət gəlirləri, sahibkarlıq və fərdi fəaliyyətdən əldə olunan gəlirlər olub, bu gəlirlərin bölgüsü və yenidən bölgüsü ilə formalaşır. Formaca natural, pul gəlirləri və uyğun olaraq natural istehlak və pul xərcləri ilə ifadə olunur. Əhali gəlirlərinin statistik təhlili onun bütövlükdə əhali üzrə ümumi həcmi , adambaşına düşən səviyyəsi, ailə, sosial qruplar üzrə bölünməklə həyat səviyyəsinin diferensiasiyasını (qütbləşmə) formalaçdırır.
      
Əhali gəlirlərinin balans sxemi tədqiqat sferasından asılı olaraq hər bir sosial qrup üçün də tərtib oluna bilər, o cümlədən ayrı-ayrı sahələrdə işləyən ailələrin kənd, qəsəbə, bələdiyyələr üzrə dəyişmə dinamikası təyin olunur. Gəlirlərin nominal, real, məcmu, mobil və sair formaları vardır.
      
Əhali gəlirlərinin dinamikası göstərir ki, sahibkarlıq inkişaf etdikcə sahibkarlıq gəlirləri artır, onun xüsusi çəkisi 30-40% təşkil edir. Transfer gəlirləri isə pensiyaların, müavinatların artırılması ilə artır. Transferlərin maliyyə mənbəyi dövlət büdcəsidir və müəssisələrin hüquqi və fiziki şəxslərin sosial müdafiə fonduna məcburi sosial sığorta ödəmələridir: 22% + 3% (22% sosial sığorta fonduna, 3% isə hər nəfərə).
      
Əhali istehlakı il ərzində pul xərcləri hesabına və natural formada istehlak olunan maddi və mənəvi nemətlərin məcmusuna deyilir. Əhali istehlakını formalaşması mənbələri və bazarın təşkili səmərəliliyi ilə bağlıdır. Eləcə də istehsalın formaları, iqtisadiyyatın quruluşu, əhalinin təminat səviyyəsi, sosial demoqrafik tərkib, məşğuliyyət quruluşu ilə bağlıdır. Adambaşına düşən istehlakın səviyyəsinə görə əhalinin dinamikası və paylanması qanunauyğunluqları mövcuddur.