Tərəvəzçilik/Örtülü torpaqda tərəvəzçilik

../ Tərəvəzçilik

../

Örtülü torpaq bu və ya digər işıqkeçirən materialla örtülüb xarici mühütdən təcrid olunmuş sahəyə deyilir. Azərbaycan tərəvəzçiliyində örtülü torpağın 3 tipindən istifadə edilir. Bunlar parniklər, istixanalar və işıqkeçirən polimer materiallardan düzəldilən müvəqqəti örtüklərdir.

Parkinlər cərgə və lent üsulu ilə tikilir. Tərəvəz istehsal edənlərin hamısında badımcançiçəkli bitkilərin şitilini yetişdirmək üçün əvvəl mütləq toxmacalar yetişdirilir. Toxmacalar yetişdirməkdən ötrü hər təsərrüfatda parniklərin 20-25%-i qədər yarımisti parnik olmalıdır. Pomidor bibər və badımcan toxumaları birinci əsil yarpaq əmələ gələn dövürdə soyuq parniklərə köçürülür. Hər bitki üçün 7x7 sm və ya 10x10 sm ölçüdə qida sahəsi saxlanılır. Tarlada əkmək üçün 45-50 günlük şitillərdən istifadə edilir.

Üstü örtülü stasionar qış istixanalarında həmin məhsulları iki dövürdə; qış-yaz və payız-qış dövrürlərində yetişdirirlər.

Qış-yaz dövründə pomidor toxumlarını dekabrın əvvəlində, xiyar toxumlarını həmin ayın ikinci yarısında səpirlər. Xiyarı mart ayından, pomidoru apreldən başlayaraq iyuladək dərirlər. Payız-qış dövründə isə hər iki bitkinin toxumunu avqustun əvvəlində səpir, məhsulunu oktyabrdan dekabradək yığırlar. Qızdırılmayan istixanalarda pomidorun toxumu yanvarın ikinci ongünlüyündə səpilir. Şitili martın ikinci ongünlüyündə əkilir və məhsulu iyunun birinci ongünlüyündə dərilir.