Tərəvəzçilik/Gübrə tətbiqi

../ Tərəvəzçilik

../

Tərəvəz bostan bitkilərinin məhsuldarlığını yüksəltmək üçün üzvi gübrələrin xüsusi əhəmiyyəti vardır. Həmin gübrələr bitkiləri qida maddələri ilə təchiz etməkdən başqa həm də torpağın fiziki kimyəvi xassələrini yaxşılaşdırır və münbütlüyünü artırır. Üzvi gübrələrin təsiri iqlim şəraitindən və torpağın bioloji fəallığından asılı olaraq 2-3 il və daha çox davam edir.

Ən qiymətli üzvi gübrə peyindir. Onun tərkibində 20-25% üzvü maddə, 0,5% azot, 0,3-0,5% fosfor və 0,5-0,7% kalium, həmçinin bitkiyə lazım olan bütün qida ünsürləri və biloji fəal mikroflora var. Tərəvəz bitkilərinə verilmək üçün peyindən bütün növ torpaqlarda istifadə etmək olar.

Üzvi gübrə xiyar tağlarına çox faydalıdır. Peyin əsas şumda tətbiq olunur, yaxud səpindən qabaq yalaqlara verilir (çürüntü halında). Peyinin illik norması sahəyə başdan başa verildikdə hektara 25-30 ton, yalaqlara verildikdə 10-15 ton olur. Fosfor il ərzində hektara cəmi 60-90 kq verilir. Azotun illik norması hektara 20-30 tondur. Bunun hamısı əsas şumda sərf edilir. Fosforun hektara 120-150 kq olan illik normasının 60% əsas şumda, 20% əkin zamanı yalaqlara yaxud cərgələrə, qalan 20% da ikinci yığımdan sonra verilir. Azotun illik norması hektara 90-120 kq, kaliumunki 45-60 kq-dır. Həmin normaların 20-30% səpin və ya əkin zamanı yalaqlara, qalan 70-80%-i isə vegitasiya dövründə iki dəfəyə birinci dərimdən qabaq və 3-cü, 4-cü dərimdən sonra işlədilir.