Taxılçılıq/Torpağın gübrələnməsi/Gübrələnmənin norması
Taxılçılıq/Torpağın gübrələnməsi |
Gübrələrin verilməsinə ciddi nəzarət olunmalıdır. Belə bir misal gətirim: payızlıq buğdanın 1 ton dən, müvafiq miqdarda küləş məhsulu torpaqdan 12-14 kq fosfor, 65-45 kq azot, 16-24 kq kalium götürür. Fosfor gübrəsi əsasən şum altına (200-300 kq/ha), azot gübrəsi əsasən yazda taxıl bitkiləri boruya çıxmamış (150 kq/ha) yemləmə kimi verilməsi tövsiyə edilir. Ona görə də, vacibdir ki, həmin maddələrin torpağa qaytarılması təmin edilsin. Hal-hazırda qismən də olsa qeyri-üzvü gübrələrdən istifadə olunur, gələcəkdə yaxşı olar ki, bütün əkin sahələrinə qeyri-üzvü gübrələr verilməklə üzvü gübrələr də istifadə olunsun.