Taxılçılıq/Xəstəliklərə qarşı mübarizə qaydaları
←../ | Taxılçılıq |
../→ |
Dənli taxıl bitkilərinə düşən əsasən sürmə xəstəliyidir, bunun 2 növü mövcuddur: bərk sürmə, toz sürmə
Bunlara qarşı mübarizə tədbirləri aşağıda qeyd olunan formada aparılmalıdır.
Yəni hər tona 3 kq 34%-li vitavaks, 19.5%-li baytan universal tona 2 kq hesabı ilə, hər tona 2 kq 80%-li TMTD, 1.5 kq hər tona 50-li gentatiuram və s. Verilməlidir.
Son zamanlar Pas xəstəliyi də geniş yayılmışdır. Hətta məhsuldarlığı 30%-dən aşağı salır.
Mübarizə aparmaq üçün 1ha-ya 0.8l, 25%-li Tilt, hər hektara 0.5 l 30%-li Reks, 1 hektara 1 kq 25%-li bayleton, 40%-li Alto, hər hektara 3.4 kq 80%-li polikarbatsin və s. verilməlidir.