Veb texnologiyaları/Brauzerlər
←HTML | Veb texnologiyaları |
Server, sayt və səhifə→ |
Həmçinin baxın: Şəkilləri • |
HTML sənədləriniə baxmaq üçün xüsusi proqram təminatı lazımdır ki, bu da HTML kodunun dinamik işlənməsi və web-səhifələrin göstərilməsini təmin edir. Belə proqramlar brauzerlər adlanır. Brauzer – xüsusi kliyent proqramı olub, web-qovşaqlarda yerləşən informasiyaları və HTML sənədlərini göstərmək üçün nəzərdə tutulub. Brauzerlər imkanlarının realizə spektrlarından asılı olaraq bir neçə siniflərə bölünürlər. Əsas iki sinif - web-səhifələrdə qrafik element təsvirlərini dəstəkləyən və dəstəkləməyən brauzellər mövcuddur. İnternet istifadəçiləri arasında ən çox yayılmış brauzerlər Microsoft Windows mühitində işləmək üçün nəzərdə tutulmuş Microsoft Internet və Explorer Netscape Navigator proqramlarıdır. Daha sonra isə Opera, Arachne və UNIX platforması üçün yaradılmış Lynx mətn brauzeridir.
Qeyd etmək lazımdır ki, müxtəlif brauzerlərdə qurulmuş HTML interpritatorları eyni cür işləmirlər, nəticədə bir HTML sənədi müxtəlif brauzerlərdə müxtəlif görsənir.