Server, sayt və səhifə Veb texnologiyaları

CGI


JAVA proqram dili Sun Microsystems şirkəti tərəfindən yaradılmış struktur və sintaksisinə görə C proqram dilinə çox yaxındır. Hal-hazırda Internetdə iki variantda mövcüddur: JavaScript və Java. Birinci variant HTML standartının bir hissəsi olub, bu formatda yaradılmış sənədin imkanlarını genişləndirmək məqsədilə istifadə olunur. JavaScript dilində yazılmış modul HTML faylına alt proqram kimi inteqrasiya edilir və standart əmr vasitəsilə HTML kodunun uyğun sətrindən çağırılır. Brauzerdə qurulmuş dil interpretatoru hipermətnin həm kodunu, həm də skriptini bütöv sənəd kimi qəbul edərək hər iki verilənləri eyni zamanda emal edir. Java modulu JavaScript modulundan fərqli olaraq ondan istifadə edən səhifəyə inteqrasiya olunmur. Sərbəst əlavə (proqram) kimi mövcuddur, elmi dildə desək apletdir. Bu dildən itifədə edərkən aplet uyğun əmr vasitəsilə HTML faylından çağırılmasına baxmayaraq onun yüklənməsi, inisializə olunması və yerinə yetirilməsi fon rejimində ayrıca proqram kimi olur.

Java texnologiyasının köməyi ilə səhifəyə interaktiv elementlər daxil etmək, sürüşkən pəncərələrin və qurulmuş freymlərin formatlarını bütünlüklə nəzarətdə saxlamaq mümkündür. Bu dil vasitəsilə «saat», «qaçan sətr», digər animasiyalar və çat yaratmaq mümkündür.

Üstün cəhəti: serverdə Java proqramının işini təmin etmək məqsədilə əlavə modullarının yüklənmə və qurulmasının lazım olmamasıdır. Mənfi cəhəti: Java dilinin kompilyasiyasını dəstəkləməyən köhnə versiyalı brauzerlərlə işləyən istifadəçilər bu dildə yaradılmış obyektləri görə bilmirlər.