Vikikitab:Bloklama qaydaları

Bu səhifə Vikikitabın rəsmi prinsiplərindən biridir. Səhifənin məzmunu, bütün Vikikitabçılar tərəfindən eyni dərəcədə riayət edilməsi tələb olunan qaydalardan ibarətdir. Səhifədə redaktə etmədən öncə, bu dəyişikliklərin Vikikitabçılar tərəfindən, ilk növbədə isə Vikikitabın idarəçiləri tərəfindən dəstəkləndiyindən əmin olun. Düzgün hesab etmədiyiniz məqam varsa məqalənin müzakirə səhifəsində bunu aydın şəkildə ifadə edin.
Qısayol:
VK:BQ

Bloklama qaydaları — bütün Vikikitabçıların bilməli olduqları əsas qaydalardandır.

Bloklama — idarəçilər tərəfindən hər hansısa bir Vikikitab məqaləsinin redaktəsinə və ya istifadəçinin fəaliyyətinə qoyulan qadağadır.

İstifadəçinin bloklanması

redaktə

İstifadəçinin bloklanması dedikdə istifadəçinin qeydiyyat yazısının, İP ünvanının və ya İP ünvanlar diapazonunun texniki bloklanması nəzərdə tutulur. İP ünvanlar diapazonunun texniki bloklanması digər istifadəçilərin də işinə mane olarsa, o zaman bloklanma ləğv edilir, lakin redaktə qadağası qüvvədə qalır.

İstifadəçini bloklayan idarəçinin məqsədi ilk növbədə vandalizmin və VikiKitaba vurulacaq hər-hansı ziyanın qarşısını almaqdır. Nəzərə almaq lazımdır ki, bloklanma qisas yox, xəbərdarlıq və qoruyucu vasitədir. İstifadəçinin bloklanması VikiKitabın və Vikikitabçıların normal fəaliyyət göstərməsinə qarşı yönəlmiş hərəkətin qarşısını almaqdır. Bloklanma müddəti müxtəlif ola bilər: 15 dəqiqə, 1 saat, 6 saat, 12 saat, 24 saat və ya bir neçə ay. Bəzən VikiKitabı qorumaq üçün istifadəçini müddətsiz bloklamaq lazım gəlir.

İstənilən istifadəçi digər istifadəçinin davranışında VikiKitab qaydalarına zidd hallar gördükdə, bu barədə idarəçiləri xəbərdar etməlidir. Bunun üçün o, Kənd Meydanı və ya İdarəçilərə müraciət səhifələrində idarəçilərə müraciət edə bilər. Haqqında şikayət olunmuş istifadəçinin bloklanması haqqında qərarı idarəçilər verirlər.

Qeydiyyatdan keçmiş və Vikikitabda müəyyən əməyi olan istifadəçinin müddətsiz bloklanması, mütləq xəbərdarlıqdan və müzakirələrdən sonra olmalıdır. İstifadəçinin bloklanması müxtəlif səbəblərdən ola bilər. Səbəblər "Bloklanma səbəbləri" bölməsində göstərilmişdir.

Bloklanma səbəbləri

redaktə
  1. İstifadəçi istifadə etdiyi bütün qeydiyyat adlarını istifadəçi səhifəsində göstərməlidir. İstifadəçinin istifadə etdiyi bir neçə gizli qeydiyyat yazısının (kuklaların) olduğu aşkarlanarsa;
  2. İstifadəçi səsvermədə bir-neçə qeydiyyat adından səs verərsə:
  3. İstifadəçi Vikipediyada əsasən vandalizmlə məşğul olarsa (məqalədə bütün mətnin silinməsi, məqalədə mənbə ilə əsaslanmış mətnin silinməsi, etibarlı mənbənin və istinadların silinməsi);
  4. İstifadəçi digər istifadəçilərə qarşı kobud davranıb onları təhqir və təhdid edərsə;
  5. İstifadəçi digər istifadəçini məhkəmə və ya digər fiziki şəxs ilə hədələyərsə;
  6. İstifadəçi digər istifadəçi haqqında şəxsi məlumatları, onun razılığı olmadan Vikipediyada yayarsa (bu qayda təftişçilərə (check-user) aid deyil və onlar istədikləri istifadəçi haqqında müəyyən məlumatları, təftişçi hüquqlarına uyğun olaraq Vikipediyada açıqlaya bilərlər);
  7. İstifadəçi saxtakarlıqla məşğul olaraq, Vikikitabın normal işini pozarsa.

Bloklama müddəti idarəçi tərəfindən sərbəst olaraq təyin edilir.

Vikikitabda təqib

redaktə

İstifadəçi öz hərəkətləri ilə digər Vikikitab istifadəçisinə və ya istifadəçilər qrupuna, onlara dövlət, hüquq, məhkəmə orqanları və ya fiziki şəxslər tərəfindən siyasi, dini və ya digər təqiblərə məruz qoymaqla ziyan vermişdirsə, o zaman həmin istifadəçi xəbərdarlıq edilmədən, müddətsiz olaraq VikiKitabda bloklanır.

Vikikitabda saxtakarlıq

redaktə

Vikikitabda saxtakarlıq qəbul olunmur və saxtakarlıq etmiş istifadəçi, saxtakarlığı sübut olunarsa tez bir zamanda bloklanır. VikiKitabda saxtakarlıq dedikdə aşağıdakı fəaliyyətlər nəzərdə tutulur:

  • Müzakirələr zamanı başqalarının yazılarının silinməsi, dəyişdirilməsi;
  • İstifadəçinin özünün - artıq komentari verilmiş yazılarının mənalarının dəyişdirilməsi və gizlədilməsi, müxtəlif mətnləri keçmiş müzakirələrə daxil etməklə yanlış fikir yaradılması;
  • Məqalədə redaktə zamanı bilərəkdən səhv məlumatların daxil edilməsi, düzgün məlumatların silinməsi, dəyişdirilməsi;
  • Səsvermə zamanı başqasının əvəzinə səsvermə.

Müəllif hüquqlarının pozulması və plagiat

redaktə

VikiKitaba müəllif hüquqları qorunan informasiyanın, faylların müəllifin icazəsi olmadan və ya mənbə göstərilmədən daxil edilməsi qadağandır. Belə ki, müəllif hüquqlarının pozulması və plagiat gələcəkdə VikiKitaba qarşı müxtəlif hüquqi problemlərin yaranmasına səbəb ola bilər ki, bu da VikiKitabın adına xələl gətirə bilər.

Əgər hər-hansı mətndə müəllif hüquqları baxımından mübahisə yaranmışdırsa, ilk addım həmin mətnin məqalədən çıxarılması olmalıdır.

Müəllif hüquqlarının pozulmasını aşkar etmiş istənilən istifadəçi, həmin mətni silmək ixtiyarına malikdir. Xəbərdarlıqlara baxmayaraq, müəllif hüquqlarını pozaraq mətnlərin VikiKitabda yerləşdirilməsi ilə məşğul olan istifadəçilər, layihənin mühafizə edilməsi məqsədi ilə bloklana bilərlər.

"fair-use" lisenziyası ilə şəkillərin şəxsi səhifələrə qoyulması qadağandır. Buna aşkar etmiş idarəçi, şəkli özü silə bilər və ya bu barədə istifadəçiyə, onun müzakirə səhifəsində xəbərdarlıq etmək hüququna malikdir. Əgər xəbərdarlıqlardan sonra da, istifadəçi “fair-use” lisenziyası ilə şəkillərdən istifadəyə davam edərsə, bu zaman o, bloklana bilər. Digər tərəfdən, idarəçi şəkli istifadəçi səhifəsindən silərək, səhifəni müəyyən müddətə redaktələrdən mühafizə edə bilər.

İstifadəçilərin adları

redaktə

VikiKitabda qeydiyyatdan keçərkən istifadəçi özünə provokasiya məqsədilə, təhqiredici və ya ədəbsiz ad seçmişdirsə, o zaman o, idarəçi tərəfindən bloklana bilər. Həmin istifadəçilərin şəxsi və müzakirə səhifələrinə xəbərdarlıq şablonu qoyulur.

Yeni istifadəçilərin adları, artıq VikiKitabda fəaliyyət göstərən istifadəçilərin adlarına çox bənzədikdə də qeydiyyat yazıları idarəçilər tərəfindən bloklanmaya məruz qalırlar.

Ümumi qeydiyyat yazıları

redaktə

Ümumi qeydiyyat yazılarına ("public accounts") Vikikitabda icazə verilmir. Onlar aşkara çıxarılan kimi, dərhal və müddətsiz bloklanırlar. Ümumi qeydiyyat yazısı dedikdə eyni adın bir-neçə nəfər tərəfindən istifadəsi nəzərdə tutulur. Ümumi qeydiyyat yazılarına Vikipediyada ehtiyac yoxdur. Belə ki, qeydiyyatdan keçməyən anonim istifadəçilər də məqalələrin redaktəsində iştirak edə bilərlər. Digər tərəfdən Vikipediyada qeydiyyatdan keçmək çox asandır və istifdəçi qeydiyyat zamanı göstərdiyi elektron ünvanını (e-mail) gizlədə bilər.

Əgər hər-hansı məqsədlə istifadəçi öz qeydiyyat adını və parolunu İnternetdə aşkar etmişdirsə və bu məlum olmuşdursa, idarəçinin həmin qeydiyyat qazısını bloklamaq ixtiyarı vardır.

Həmçinin bax

redaktə