Vikikitab:Kənd meydanı/Arxiv/Yanvar/2015

Vikikitab redaktə

Vikikitab şeir, nağıl, elmi əsərlərin yeri deyil. Hal-hazırda doğru məqsəd üçün istifadə etmirik. Burada kitabçalar hazırlanmalıdır, necə ki Vikipediyada istifadəçilər məqalələr yazır, burda da kitablar/kitabçalar yaradılmalı, genişləndirilməlidir. Başlıqda müəllif göstərilməməlidir. Burdakı bütün kitabçaların müəllifi vikikitabçılar olmalıdır. Yanlış istiqamətdə başlasaq o istiqamətdə də davam edəcək. Faktiki olaraq həm məzmun, həm də şablon/kateqoriyalara görə Vikimənbə ilə oxşar inkişaf etdirmişik. 544 səhifə sayı göstərici olaraq yaxşıdır, 121 layihə arasında 36-cı olmaq əladır. Amma bu həqiqəti əks etdirmir. Buradakı səhifələrin yarıdan çoxu layihənin məqsədinə uyğun gəlmir.--Emin | mesaj 14:50, 15 yanvar 2015 (UTC)[cavabla]

Ola bilər ki, düz istiqamətdə istifadə etmirik. Məncə bir nümunə lazımdır ki, əyani olaraq bilinsin ki, necə fəaliyyət göstərilməlidir. Kitab və ya kitabça necə hazırlanmalıdır. Əgər istifadəçi məqaləni özü yazırsa tutaq ki, müəllif adı göstərmədi. Bəs müəllifi məlum olan yazıda niyə müəllif göstərilməsin ki? Çap olunmayan materiallar burada cəmlənib kitab halına salınacaqsa onun müəllifi olmalıdır axı. Tutaq ki, məndə Səməd Vurğunun indiyəcən çap olunmayan 5 ədəd şeiri var. Şeirləri bura mən daxil edəcəm. Başlıqda niyə Səməd Vurğunun müəllif olduğunu göstərməyim ki axı? Bəlkə gələcəkdə dediyimiz kitab və kitabçalar hazır olanda şeirin müəllifi belə çıxır ki mən olacam? Axı bu da düzgün deyil. --Araz Yaquboglu (talk) 10:14, 16 yanvar 2015 (UTC)[cavabla]

Müəllifi məlum olan lakin çap olunmadığına görə və ya digər səbəblərə görə Vikimənbəyə daxil olunmayan əsərlər də Vikikitabda olmalıdır. Vikipediyada belə bir yazı var: Vikikitabda həcmcə böyük olmayan məqalələr də mövcuddur, lakin gələcəkdə informasiya çoxaldıqca onların bir yerə yığılaraq kitab halında təqdim olunması gözlənilir[1]. Yəni, gələcəkdə səhifələr kitabça halında bir yerə toplanacaq və o zaman müəllif göstərilməyəcək. Vikikitabda səhifə bir-neçə istifadəçi tərəfindən yaradılırsa istifadəçinin adı səhifədə yazılmır. --Irada (talk) 11:59, 16 yanvar 2015 (UTC)[cavabla]

Vikilayihələrdəki bütün fəaliyyətlərin müəllifi olur. Burda müəllif qeyd edə bilmərik. Çünki burda da prinsip vikipediyadakı kimidir, istənilən istifadəçi istənilən kitabçada dəyişikliklər etmək hüququna malikdir. Mən burda hansısa kitabça yaradaram sonra kimsə əlavə və dəyişikliklər edə bilər. O çap olunmayan əsərlər burda yerləşdirilsə və müəllifi qeyd olunsa, belə çıxır ki ona toxunmaq olmaz. Səməd Vurğunun şeirlərinə gəlincə, məncə, bu layihədə ümumiyyətlə ədəbiyyat nümunələri yerləşdirmək olmaz. Burdakı kitablar azad olmalıdır. Mən xırdalıqlara gedə bilmirəm, amma digər vikikitablardakı müşahidələrimə əsasən biz düz istiqamətdə getmirik. Bu gedişlə bir neçə aya bura da şeirlərlə, nağıllarla dolu olacaq.--Emin | mesaj 15:09, 16 yanvar 2015 (UTC)[cavabla]