Vikikitab:Kitabların adlandırılması

Bu səhifə Vikikitabın rəsmi prinsiplərindən biridir. Səhifənin məzmunu, bütün Vikikitabçılar tərəfindən eyni dərəcədə riayət edilməsi tələb olunan qaydalardan ibarətdir. Səhifədə redaktə etmədən öncə, bu dəyişikliklərin Vikikitabçılar tərəfindən, ilk növbədə isə Vikikitabın idarəçiləri tərəfindən dəstəkləndiyindən əmin olun. Düzgün hesab etmədiyiniz məqam varsa məqalənin müzakirə səhifəsində bunu aydın şəkildə ifadə edin.
Qısayol:
VK:KA


Vikikitabın bütün məqalələri üçün hər-hansı prinsipin istifadəsi mümükün deyil. Hər-hansı məqalənin və ya kitabın adını təyin edərkən bu və ya digər formada təbiilik, texnoloji dəstək və rahatlıq arasında bir kompromis əldə edilməlidir. Məqalənin adı sadə və prioritetlərin düzgün seçilməsindən asılı olmalıdır.

Məqalənin adı mümkün qədər qısa və aydın olmalıdır. Azərbaycanca danışan oxucunun ən çox tanış olduğu varianta üstünlük verilməlidir, bu mubahisə yaradarsa onda Azərbaycan dilində olan ensiklopediya, dərslik və ya akademik nəşrlərdə istifadə olunmuş varianta üstünlük verilməlidir. Tire (–) və s. bu kimi işarələrdən istifadə olunmamalıdır.

Prinsiplər

redaktə
  • Təbiilik. Məqalənin adlandırılmasında daha çox istifadə olunan varianta üstünlük verilməlidir. Əgər bu zaman neytrallıq pozularsa, üstünlük neytral varianta verilir. Məqalənin adlandırılmasında heç bir xüsusi qaydalar göstərilmir.
  • Texnoloji dəstək. Adlandırmada çox sadə prinsipdən istifadə edilir. Bu şəxs və ya cism, yer adı həyatda necə adlandırılırsa, Vikikitabda da kitabın və məqalənin adında elə adlandırılmalıdır. Mürəkkəb adlandırmada sözlərin düzülüşü təbii və qramatik qaydalara uyğun olmalıdır. Az istifadə olunan ifadələrə, daha çox istifadə olunan terminə keçid qoyulmalıdır. Digər tərəfdən məqalənin adlandırılması üçün hər-hansı dəqiq qayda yoxdur.
  • Rahatlıq. Bir insanın, ərazinin və ya əşyanın bir neçə adı ola bilər. Bu adlardan ən sadəsi və rahat tələffüz olunanı, daha tez-tez istifadə olunanı məqalənin adlandırılmasında istifadə olunmalıdır.
    • Axtarış üçün rahat. Məqaləyə ad seçərkən istifadəçilərin axtarış sorğularına daha çox uyğun olan sözlər nəzərə alınmalıdır. Bu həm də VikiKitab istifadəçilərinin sayının artmasına xidmət edir.

Həmçinin bax

redaktə