Vikikitab:Müzakirə səhifəsi

(Vikikitab:Müzakirə səhifəsindən yönləndirilmişdir)
Bu səhifə Vikikitabın rəsmi prinsiplərindən biridir. Səhifənin məzmunu, bütün Vikikitabçılar tərəfindən eyni dərəcədə riayət edilməsi tələb olunan qaydalardan ibarətdir. Səhifədə redaktə etmədən öncə, bu dəyişikliklərin Vikikitabçılar tərəfindən, ilk növbədə isə Vikikitabın idarəçiləri tərəfindən dəstəkləndiyindən əmin olun. Düzgün hesab etmədiyiniz məqam varsa məqalənin müzakirə səhifəsində bunu aydın şəkildə ifadə edin.
Qısayol:
VK:MS


Vikikitabda hər bir kitabın, məqalənin, şablonun müzakirə səhifəsi vardır. Müzakirə səhifəsində yalnız mövzu ilə əlaqədar müzakirələr aparmaq, suallar vermək, müraciətlər etmək olar.

Mövzudan kənar mətnlər idarəçilər tərəfindən müzakirə səhifəsindən silinə bilər. Müzakirə səhifəsində yazılan hər bir məlumatın sonunda müəllifin imzasının qoyulması vacibdir.

Müzakirə səhifəsi istifadəçilər arasında anlaşılmazlıqları və mübahisələri aradan qaldırmaq, Vikikitabın zənginləşdirilməsində optimal variantlar seçmək üçün istifadə edilir. Müzakirə səhifələrində gedən müzakirələrin başlıca məqsədi konsensus qurmaq və neytral nəzər nöqtəsinə nail olmaqdır

Vikikitabda müzakirə səhifələri iki cür olur:

  • məqalənin və faylların müzakirə səhifəsi (resursların müzakirə səhifəsi);
  • istfadəçinin müzakirə səhifəsi (şəxslərin müzakirə səhifəsi) Bax:Vikikitab:İstifadəçi səhifəsi.

Müzakirə səhifəsinin əsas qaydaları

redaktə
  1. Hər iki müzakirə səhifəsində Vikipediyanın əsas prinsipləri gözlənilməlidir. Yəni istifadəçilər müzakirə apararkən neytrallıq, nəzakətetik qaydalara riayət etməlidirlər;
  2. Müzakirələrdə təhqirə, hədə-qorxuya keçmək qadağandır! İstehza və qarşı tərəfin ləyaqətinin alçaldılması Vandalizm kimi qəbul olunur və müzakirəni bu müstəviyə çıxaran istifadəçi xəbərdarlıq edilmədən bloklanır!
  3. Başqalarının yazdıqları mətnin silinməsi və ya redaktəsi qəti qadağandır! İstifadəçi öz yazdığı mətndə redaktə ermək fikrindədirsə, xətt çək üsulundan istifadə etməsi daha düzgündür;
  4. Müzakirə səhifələrindəki mətn müəllif tərəfindən mütləq imzalanmalıdır!
  5. Müzakirə səhifələri forum və ya çat deyil! Odur ki, müzakirələr yalnız mövzu ətrafında aparılmalıdır;
  6. İstifadəçi öz müzakirə səhifəsində mövcud olmayan səhifələrə istiqamətləndirilmiş keçidləri ləğv edə və yaxud da mövzuya uyğun olaraq düzgün istiqamətləndirə bilər;
  7. İstifadəçi digər istifadəçilərin, həmçinin bütün müzakirə səhifələrində mövcud olmayan səhifələrə istiqamətləndirilmiş saxta keçidləri ləğv edə və yaxud da mövzuya uyğun olaraq düzgün istiqamətləndirə bilər.(bu bənddəki mətnlə üçüncü və altıncı bənddə yazılanlar arasında ziddiyyət olduğundan silinməsi gözlənilir);
  8. Müzakirələr zamanı başqalarının yazılarının silinməsi, dəyişdirilməsi saxtakarlıq kimi qiymətləndirilir və istifadəçi bu hərəkətinə görə bloklana bilər Bax:Vikikitab:Bloklama qaydaları;
  9. İstifadəçinin müzakirə səhifəsində özünün - artıq şərh verilmiş yazılarının mənalarının dəyişdirilməsi və gizlədilməsi, müxtəlif mətnləri keçmiş müzakirələrə daxil etməklə yanlış fikir yaradılması vandalizm kimi qiymətləndirilir və istifadəçi bu hərəkətinə görə bloklana bilər Bax:Vikikitab:Bloklama qaydaları;
  10. Müzakirələrdə əks tərəfin yazdıqlarını diqqətlə oxumaq vacibdir. Qarşı tərəfin müzakirəsini tam oxumadan müzakirənin davam etdirilməsi etik deyil Bax:Vikikitab:Etiket
  11. İstifadəçi hər hansı mübahisəli məsələdə və ya səsvermə zamanı fəal istifadəçilərin müzakirə səhifələrinə daxil olaraq təbliğat aparmamalıdır.
  12. Müzakirələr zamanı digər istifadəçilərin adlarının bilərəkdən dəyişdirilməsi, onların adından müzakirələrdə iştirak edilməsi, redaktələrin aparılması, eləcə də müzakirələrdə anonim iştirak edilməsi qəti qadağandır Bax:Vikikitab:Təhqir, təhdid və aqressiyaya yol verilməməlidir;
  13. Müzakirələrdə müəllif deyil, məqalə müzakirə edilməlidir. Etirazlar yalnız müzakirə olunan səhifədəki məsələlərlə bağlı olmalıdır;
  14. Müzakirələr zamanı istifadəçiyə təzyiq göstərmək, keçmiş müzakirələri yada salaraq gərgin ab-hava yaratmaq qadağandır və istifadəçinin bloklanmasına səbəb ola bilər Bax:Vikikitab:Təhqir, təhdid və aqressiyaya yol verilməməlidir.

Vandalizmlə mabarizədə müzakirə səhifəsinin rolu

redaktə
  • Vandala xəbərdarlıq etmək üçün onun müzakirə səhifəsinə {{Vandalizm}} yerləşdirmək kifayətdir Bax:Vikikitab:Vandalizm;
  • Məqaləyə {{Sil}} şablonu əlavə etməzdən öncə onun tarixçəsinə və müzakirə səhifəsinə baxmaq vacibdir Bax:Vikikitab:Səhifə silmə kriteriyaları.

Həmçinin bax

redaktə