Vikikitab:Neytral mövqe
Neytral nəzər nöqtəsi — Vikipediya layihələrinin fundamental prinsiplərindən biri və Vikipediyanın təməl daşıdır. Bütün Viki-layihələr, həmçinin Vikikitab məqalələri neytral nöqteyi-nəzərdən, qərəzsiz və ədalətli yazılmalıdır və etibarlı mənbələrlə təsdiq edilə bilinməlidir. Bu prinsip bütün məqalələrə və bütün istifadəçilərə eyni dərəcədə aiddir və bu prinsip barəsində hər hansı sövdələşmə yolverilməzdir.
Neytral nəzər nöqtəsi vikikitabın məzmunla bağlı olan əsas siyasətidir. Neytrallıq prinsipinə Vikipediyanın bütün bölmələrində riayət olunmalıdır. Cimmi Uelsin dediyi kimi: "Neytrallıq — Vikipediyanın mütləq və müzakirə edilməyən tələbidir"
Neytrallığın təmin olunması üçün
redaktəƏgər konkret məsələ barəsində müxtəlif toqquşan nəzər nöqtələri varsa, əmin olmaq lazımdır ki, mübahisəli məqalədə bütün tərəflərin mövqeyi ədalətli şəkildə təmsil olunsun. Məqalələri qərəzli şəkildə yazmaq olmaz.
Əgər istifadəçi kitabda yazılanlarla razı deyilsə onun öz fikirlərini digər məqalədə və formasında yaratması qadağandır. Yaxşı o olardı ki, narazı tərəf öz fikirlərini və mövqeyini artıq mövcud məqalədə nüfuzlu mənbələrdən sitat gətirməklə bildirsin. Ümumiyyətlə, nüfuzlu mənbələrə istinad vermək neytral nəzər nöqtəsinə nail olmağın ən yaxşı yollarından biridir.