Vikimedia/Vikimənbə

(Vikimənbə səhifəsindən yönləndirilmişdir)
../ Vikimedia

../


Vikimənbə – müəllif hüquqlarınin qorunması haqqında qanununların aid edilmədiyi mətnlərin şəbəkə kitabxanasıdır. Buradakı monoqrfiyların, məqalələrin, kitabların dəyişdirilməsinə ehtiyac yoxdur. Məsələn, tarixi məqalələr analizə məruz qala bilərlər, lakin, onların dəyişdirilməsi vacib deyildirsə, həmin məqalələr olduğu kimi saxlanılır və dəyişdirilməsinə icazə verilmir.

Vikimənbənin logotipi

Vikimənbəyə daxil ola biləcək məqalələr redaktə

  1. Müəlliflər tərəfindən əvvəllər nəşr edilmiş mətnlər
  2. Orijinal mətnlərin tərçüməsi, eləcə də VikiMənbə istifadəçiləri tərəfindən edilən tərcümələr
  3. Milli və beynəlxalq səviyyədə tarixi materiallar
  4. Mətnlər haqqına mülahizələr, eləcə də VikiMənbə istifadəçilərinin mülahizələri
  5. Vikimənbədə saxlanılan mətnlərin müəlliflərin tərcümeyi-halları

Vikimənbəyə daxil edilməsinə icazə verilməyən mətnlər redaktə

  1. Vikimənbə istifadəçiləri tərəfindən yaradılmış və heç yanda nəşr edilməyən mətnlər
  2. Əvvəllər nəşr edilməyən riyazi düsturlar və cədvəllər
  3. Proqramların ilkin kodları
  4. Statistik informasiyalar

Vikianbarda Vikimedia/Vikimənbə ilə əlaqəli mediafayllar var.