Vikimedia/Vikipediya
←../ | Vikimedia |
../→ |
Vikipediya (ing. Wikipedia) - İnternetdə azad şəkildə yayımlanan, dünyanın bir çox dillərində viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən yaradılan ensiklopediyadır. Yarandığı dövrdən, yəni, 2001-ci ilin əvvəllərindən Vikipediyadakı istifadəçi və məqalə sayı durmadan artır, ensiklopediya hər keçən gün daha çox məşhurluq qazanır.
Tarixi
redaktəVikipediyanın yaradıcıları – Cimmi Uels (Jimmy Wales) və Larri Senger Larry Sanger 15 yanvar, 2001-ci ildə il əvvəl tamamilə ayrı fəlsəfəyə əsaslanan, biliklərini paylaşmaq istəyən insanların birgə təşəbbüsü ilə dünyanın ən dolğun İnternet ensiklopediyasını yaratmaq qərarına gəlmişlər. Bu təşəbbüs özünü doğrultmuş və Vikipediya az sonra dünyanın ən məşhur 25 İnternet saytı sırasına daxil olmuşdur.
Xüsusiyyətləri
redaktəWikipedia (Azərbaycanca Vikipediya) qeyri-hökümət təşkilatı olan Vikimedia Fondu tərəfindən yaradılan İnternet ensiklopediyadır. Vikipediyanı Britannika kimi digər internet ensiklopediyalardan fərqləndirən əsas cəhət onun açıq olması, yəni istənilən internet istifadəçisinin onu redaktə edə bilməsidir.
Ensiklopediyanın əsas tələbi yazılan məqalələrin və əlavə edilən biliklərin neytral nəzər nöqtəsindən (NPOV – Neutral Point Of View) çıxış etməsidir.