Vikipediya/Qeydiyyatdan keçmə qaydası
Vikipediya layihəsində qeydiyyatdan keçmə qaydası
Vikipediyanın Ana səhifəsinin yuxarı sağ küncündə yerləşdirilmiş “Daxil ol və ya istifadəçi yarat” keçidini vurduqda eyni adlı səhifə açılır.
Artıq qeydiyyatı olan hər kəs İstifadəçi adını və parolunu müvafiq sahələrə daxil edərək, “Daxil ol” düyməsini vurduqda, onun şəxsi məlumat səhifəsinə, eyni zamanda fəaliyyəti, izlədiyi səhifələr, müzakirələri və s. haqqında səhifələrə daxil olmaq imkanı yaranır.
Yeni istifadəçi qeydiyyata düşmək üçün “hesab açın” keçidindən istifadə etməlidir. Bu zaman açılan səhifədə qeydiyyat adını, parolu və şəxsi e-poçt ünvanını yazmaqla qeydiyyatdan keçə bilər. Qeydiyyatdan keçən hər kəs üçün yeni səhifə yaradılır ki, buraya o, istənilən məlumatı daxil edə bilər. Qeydiyyata alınmış hər kəs öz imzası (istifadəçi adı) altında ümumi və ya fərdi müzakirələrdə iştirak etmək imkanına malik olur.