Vikiuşaq:Ağciyərlər

Bu məqalə Vikiuşaq aləminə aiddir.

Ağciyərlər sinəmizdə, qabırğaların içində, ürəyin arxasında yerləşir. Ağciyərlər cüt olub, vəzifəsi udduğumuz havanın içindəki oksigeni onun xırda damarcıqlarına gələn tünd qana, ondan aldığı karbon qazını isə bayıra ötürməkdir.
Tünd qan ürəyin sağ tərəhinə, əvvəl sağ qulaqcığa, sonra isə açılıb-bağlana bilən qapaqcıqdan sağ mədəciyə daxil olur, oradan isə ayparaq qapıdan çıxaraq damarlarla ağciyərlərə oksigen udmağa gedir. Oksigen udduqdan sonra o, al qırmızı rəngə boyanan qan ürəyin sol hissəsinə, əvvəl sol qulaqcığa, sonra sol mədəciyə daxil olur, oradan isə damarlarla bədənin hüceyrələrinə “hava” (oksigen) daşıyır.

Tənəffüs aparatının sxemi:
1. nəfəs borusu, 2. arteriya, 3. vena, 4. hava kisəciyi - alveola qapısı, 5. hava kisəciyi - alveola, 6. sol ağciyər, 7.8.9. xırda, orta, iri bronxlar, 10. baş bronx, 11. qırtlaq

Ağciyərlərə udduğumuz hava nəfəs borusu və sağ və sol bronxlar vasitəsilə daxil olur. Bu broxlar getdikcə kiçilir və nəhayət bir tarbacığa açılır. Bu torbacıqlara albeollar deyilir. Alveol torbacıqları hava ilə dolduqda şar kimi üfürülə bilir. Alveol torbacıqlarının divarları qan damarcıqları ilə zəngindir. Ona görə də burada havadakı oksigen qana, qandakı karbon qazı isə havaya keçərək yerlərini dəyişirlər. Bu yerdəyişmə tənnəffüs adlanır.


Həmçinin bax

redaktə