Vikiuşaq:Geyimlər

Bu məqalə Vikiuşaq aləminə aiddir.

Körpə geyimi
Kiçik qızlar üçün don.

Uşaq geyimi — uşaq yaş dövrlərünə uyğun şəkildə hazırlanmış üst və alt geyim növü. Uşaq geyimləri uşağın yaşına, cinsinə uyğun şəkildə seçilməlidir.

1 yaşına qədər uşaqlar adətən digər yaşdakılara nisbətən çox surətlə böyüyürlər, ona görə də onların geyimi ilk 6 aylığa qədər olan dövrə uyğun olmalıdır. Körpənin geyimi sadə, rahat, yüngül, mövsümə uyğun olmalı, onun hərəkətinə və tənəffüsünə çətinlik törətməməli, uşağın bədəninin həddət çox qızmasına və ya soyumasına imkan verməməlidir. Onu sıxmaması, əzməməsi üçün köynək və paltarlarda düymə, rezin, qaba tikiş və sırıqlar olmamalı, köynəklərin yaxası bir-birinin üstünə aşırmaqla bağlanmalıdır. Yeni doğulmuş körpəni rahat geyindirmək üçün açıqyaxa, sonralar isə yaxası bağlı köynəklərdən istifadə olunur. Yeni alınmış köynək və əskiləri istifadə etməzdən qabaq yumaq və ütüləmək lazımdır.

Uşaq yaş dövrü

redaktə
  • Yeni doğulmuş uşaq (1-2 ay)
  • Çağalıq dövrü (2ay- 1 il)
  • Körpəlik dövrü (1-3 yaş)
  • Məktəbəqədər yaş (3-6 yaş)
  • Kiçik məktəbli (6-10 yaş)
  • Yeniyetməlik dövrü (10-15 yaş)