Vikiuşaq:Hüceyrə

Bu məqalə Vikiuşaq aləminə aiddir.

Hüceyrə canlıların təşkil olunduğu kiçicik bir zərrəcik. Hər bir tikilinin əsas tikinti materialları daş ya kərpic olduğu kimi bütün canlıların da tikinti materiallarından birini və əsasını hüceyrə təşkil edir. Bəzi canlılar tək, digərləri isə çoxlu hüceyrələrdən təşkil olunmuşlar. Hər bir hüceyrə xaricdən çox incə bir qabıqla ya divarla əhatə olunur ki, buna bitki mənşəyli hüceyrələrdə qılaf, heyvan mənşəyli hüceyrələrdə isə membran deyilir. Hüceyrənin daxilində və mərkəzində onun nüvəsi yerləşir. Bu halı ərik ya şaftalı meyvəsi ilə müqayisə etmək olar.

Hüceyrənin qurluşu:
1.Nüvəcik 2.Nüvə 3.Ribasomlar 4.Vezikula 5,8.Plazma daxili şəbəkə 6.Holci aparatı 7.Hüceyrə divarı 9.Mitoxondrilər 10.Qovuqcuq (Vakuola) 11.Hüceyrə plazması 12.Lizosom 13.Sentrosom

Nüvədə hüceyrənin bütün iş planlanları cəmləşmişdir. Bu planlara genlər deyilir. Amma elə hüceyrələr vardır ki onlarda nüvələr olmur. Belə ki insanın qan hüceyrələrindən olan yetişmiş eritrositlərin nüvəsi olmur. Elə bakteriyalar vardır ki, onlarda da nüvə olmur genlər sərbəst şəkildə hüceyrənin daxilindəki plazma adlanan möhtəviyyata qarışmış olurlar.

Hüceyrə plazmasının tərkibində hüceyrə üçün nüvədən başqa digər kiçicik hissəciklər də vardır. Məsələn, bunlardan biri olan Mitoxondriləri hüceyrənin enerji mənbəyi olan "elektrik stansiyaları" adlandırırlar. Bu stansiyalarda hüceyrəyə lazım olan enerji hasil olunur. Digər hissəciklərə isə Plazmadaxili ya endoplazmatik şəbəkə və Qolci aparatı aiddirlər. Holci apparatını onu ilk dəfə tapan alim Kamillo Holcinin adı ilə adlandırılmışdır. Bu aparat kiçicik girdə kisəcik ya qovucuq formasında olur. Onun işi endoplazmatik şəbəkədə sintez olunan maddələri hüceyrə möhtəviyyatına ötürməkdir.

Demək olar ki, bütün hüceyrələr daim irsiyyət daşıyıcısı olan nüvəciyi ilə ikiyə bölünərək çoxala bilirlər. Beləliklə köhnə ya ölmüş hüceyrələrin yerini yeni yaranmış hüceyrələr tutmuş olurlar. Bu hadisə hüceyrənin bölünməsi adlanır.


Həmçinin bax

redaktə