Vikiuşaq:Lətifələr/Molla Nəsrəddin
Bir gün bir nefer "paltarlıq" şal getirtirib deyir:
— Molla, bunu boya.
— Nə rəngə boyayım?
— Elə rəngə boya ki, ondan dünyada olmasın.!,
— Necə yəni "dünyada olmasın?!"
— Yəni nə qırmızı olsun, nə qara, nə göy, nə yaşıl, nə sarı,nə çəhrayı, nə də ki, ağ olsun. Aydındırmı?
— Kefin istədiyi kimi boyayaram... ......
Deyirlər, Teymurləng ordusunda fil də saxlayırmış. Filləri ayrı-ayrı kəndlərə göndərirmiş ki, orada saxlasınlar. Fillərdən birini də Molla Nəsrəddin olan kəndə göndərir. Teymurləngin qorxusundan kimsə filə toxunmur. Fil kefi nə istəyir eləyir, əkin-zəmini, bağ-bağatı, bostanı yeyib tərg edir. Kəndlilər filin əlindən lap təngə gəlirlər. Onlar yığılıb mollanın yanına gəlirlər: — A molla, bu fil bizdә istirahət qoymadı, gəl qabağa düş. Əmirin yanına gedək, dərdimizi ona deyək, bəlkə bir rəhmi gəldi, fili apardı. Molla razı olur. Onlar Teymurləngin yanına yola düşürlәr. Yolda kəndlilər Teymurləngin qorxusundan ikibir-üçbir qaçıb dağılırlar. Teymurləngin qapısına çatanda molla baxır ki, hamı qaçıb, təkcə özü qalıb, öz-özünə deyir: — Yaxşı, görün sizin başınıza nə oyun gətirirəm. Teymurləng ondan soruşur: — Molla, nə uçün gəlmisən? Molla deyir: — Əmir sağ olsun, bizim kəndə bir fil qonaq göndərmisən. Bundan çox razıyıq. Ancaq fil tək olduğundan səs-küyündən dayana bilmirik. Kəndlilər də mənimlə gəlmişdi, cəsarət eləyib içəri girmədilər. Xahiş edirik, bir dişi fil də göndərəsən. Teymurləngin mollanın sözündən xoşu gəlir, ona çoxlu ənam verir. Əmr eləyir ki, o kəndə bir dişi fil də göndərsinlər. Molla da aldığı hədiyyəni götürüb sevinə-sevinə evinə gəlir. Kəndlilər onu görüb soruşurlar: — Molla, nə oldu? Molla cavab verir: — Gözünüz aydın, filin dişisi də gəlir.</poem>
Bir gün Molla Nəsrəddin yolla gedərkən bir yekəpər ona arxadan bir şillə vurur başına. Molla əsəbi halda üzünü çevirir və deyir:
-Zarafat edirsen?
Yekəpər:
— Yox zarafat eləmirəm!
Molla:
— Ay sağol mənim də belə zarafatlardan xoşum gəlmir...
Bir gün Molla Nәsrәddin bir hәkimin yanına gedib deyir:
— Hәkimbaşı, bir mәni yoxla görüm dәrdim nәdir?
Hәkim Mollanın nәbzini yoxlayıb deyir:
— Dәrdiniz aclıqdır. Әylәşin, bizimlә nahar elәyin, sovuşub gedәr, qorxulu deyildir.
Molla hәkimin tәklifini qәbul edәrәk oturub möhkәm yeyir, getmәk istәrkәn hәkimә deyir:
— Hәkimbaşı, bizim evdә bu xәstәliyә tutulmuş bir neçә adam vardır. İndi ki, siz belә tez mualicә edirsiniz, mәn onları da sizin yanınıza göndәrmәyә mәcburam.
Teymurləngə xəbər verirlər ki, Molla Nəsrəddin bir məclisdə onun zülmkarlığından danışırmış. Teymur hirslənib Mollanı hüzuruna çağırır ki:
— Bu nədir? Yoxsa başın bədəninə ağırlıq eləyir? Deyirlər məclislərdə mənim zülmkarlığımdan danışırsan.
— Qibleyi aləm sağ olsun! Sən özün bilirsən ki, mən həmişə elə söz deyirəm ki, qəribə olsun, təzə olsun, heç kəsin eşitmədiyi, bilmədiyi, danışmadığı olsun. Xoruz səsi eşitməmiş olsun. Sənin zülmkarlığın hamının bildiyi, danışdığı köhnə şeydir. Burada nə qəribəlik var ki, mən də danışam? Sənə yalan deyiblər.
Molla Nəsrəddindən soruşurlar:
~Molla, sən bilərsən, göydə nə qədər ulduz var? Molla bir qədər fikirləşib deyir:
— Doğrusu, elə mən özüm də çoxdan istəyirəm ki, sayam, görəm nə qədərdir, ancaq bir şey var ki, yerdən mümkün olmur, gərək çıxıb göydən sayam. Bunu eləmək üçün gündüzlər vaxtım olmur, gecələr də qorxuram göydə düşəm qaranlığa, yolu azam.
(Molla Nəsrəddin letifeleri) Səxavət Məmmədov
Bir gün şah mollanı yanına çağırıb sual verir, amma suala da şərt qoyur ki əgər bilməsə çoxlu pul istəyəcəklər, əgər bilsə şah ona çoxlu pul verəcək. Molladan soruşdular: —Molla göydə neçə ulduz var —Molla bir qədər fikirləşib deyir: —Eşşəyimin tükü qədər. Əgər əmin deyilsizsə onda sayın. Şah onu saya bilmədiyindən pulu ona verməli olur.