Vikiuşaq:Maraqlı məlumatlar/Dostluq
Dostluq — elə bir mövzudur ki, hər bir uşağın və yeniyetmənin istənilən yaş dövrünü əhatə edir. Dostluğu gücləndirən, zəiflədən səbəblər olur. Dostlar 2 cür olur:
- Pis günün dostu.
- Yaxşı günün dostu.
Dostluğun formaları
redaktə- Yaxın dost – tez-tez görüşdüyün, ən çox etibar etdiyin, inandığın və eyni davranışı ondan gözlədiyin adam.
- Başqa dost – xoşladığın, tez-tez görüşdüyün, tanışdan yaxın, amma dost saymadığın bir adam.
- Yoldaş – görüşmək üçün o qədər də can atmadığın adam.
- Sirdaş - sirləri saxlayan dost, heç kimə deməyən.