Vikiuşaq:Qızılca

Bu məqalə Vikiuşaq aləminə aiddir.

Qızılca yoluxucu uşaq xəstəliyidir. Xəstəliyə səbəb virusdur. Bu virus xəstə uşaqdan, digər sağlam uşağa hava-damcı vasitəsilə bir neçə metrdən keçərək onu da xəstələndirə bilir.

“Qızılcalı” uşaq

Qızılca ilə bütün yaşlarda xəstələnmə olur, 1 yaşdan 4 - 5 yaşa qədər olan uşaqlar arasında daha çox yayılan xəstəlikdir. Qızılca virusu burunun selikli qişasından qana keçir, sonra da limfa düyünlərinə daxil olaraq, orada çoxalır və qana yayılır. Qızılcaya tutulmuş uşağın burnu axır, boğazı ağrayır, qızdırması olur, ikinci həhtəsində isə dərisində, ağzında səpgilər əmələ gəlir və bu 3-4 gün davam edir. Uşaqlar xəstəliyi böyüklərə nisbətən rahat keçirirlər. Xəstəlikdən qorunmanın yolu ona qarşı peyvənd olunmaqdır. Həkim tərəfindən virusun gücsüzlərindən ibarət zərdab iynəsi vurulur ki, orqanizm ona qarşı immunitet qazansın. Bir dəfə xəstələndikdən sonra bədəndə ona qarşı güclü immunitet yaranmış olur. Qızılcalı uşaqlar sağalana qədər digər uşaqları yoluxdurmamaq üçün bağçaya və məktəbə getməməlidilər.


Həmçinin bax

redaktə