Resept:Qatıq: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Cekli829 (müzakirə | töhfələr)
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
 
Sətir 16:
 
== Hazırlanması ==
Süd qazana tökülüb qaynadılır. Qaynadarkən 5-10 dəqiqə sovura-sovura qarışdırılır. Bişdikdən sonra südü soyumağa qoyun. Süd ilıq olarkən başqa bir qabda maya kimi götürdüyünüz qatığı qarışdırıb südün üzərinə əlavə edilir və qarışdırılır. Südü mayalanmağa qoyarkən üzəri süzgəclə örtülür. Süzgəc südün hava görməsini təmin edir və qatığın turşuyub sulanmasının qarşısını alır. Süzgəcin üzərini dəsmal ya da salfet ilə örtmək lazımdır. Mayalanmış südün istiliyini qoruması üçün qalın parça ilə ətrafı və üzəri yaxşıca bağlanılır. 5-6 saatdan sonra açılaraq soyuducuya yerləşdirilır. Qatıq soyuducuda nə qədər çox qalsa, bir o qədər bərk və dadlı olar.
 
''Qeyd:'' mayalı süd olan qabı qalın parçanın üzərinə qoyub kənarları ilə ətrafını və üzərini örtün. Qatığı axşamüstü hazırlayın ki, bütün gecəni soyuducuda saxlaya biləsiniz.
 
Evdə qatıq çalmaq üçün südü qaynatdıqdan sonra taxta qaşıqla ən azı 15 dəqiqə qarışdıraraq bişirin. Qaşığı aşağıdan yuxarı doğru hərəkət etdirərək qarışdırsanız, qatığınız daha ləzzətli olar. Sonra südü qatıq çalacağınız qaba tökün. bunun üçün polad və ya saxsı qablara üstünlük verin. Emallı qablarda çalınan qatıqlar sulu olur. Süd orta temperaturda olduqda maya kimi hər litr südə bir xörək qaşığı qatıq əlavə edin. Südün səthindəki qaymağa toxunmadan dibindən qarışdırın. Qazanın qapağını yüngülcə aralı qoyaraq buxarın çıxmasına imkan verin və qazanın üstünü parça ilə bürüyün. Yeri gəlmişkən deyək ki, südü mayalayarkən temperatura çox ciddi diqqət yetirmək lazımdır. Çünki süd çox isti olsa, qatıq sulu olar, çox soyuq olsa, maya tutmaz.
 
Qatıq uzun müddət qaldıqda üzərinə su yığılır. Qatığın içindəki suyu atmayın. Qatığın bütün vitamin və minerallarının bu suda olduğunu unutmayın. Digər tərəfdən, bu sudan [[Resept:Ayran|ayran]] hazırlayarkən də istifadə oluna bilər. Qatıq suyunu duzlayaraq pendirin uzun müddət saxlanmasında da istifadə etmək olar.
 
== Xarici keçidlər ==
* [http://1001dad.com/qatiq/ evdə qatıq necə hazırlanır. 1001dad.com]
 
[[Kateqoriya:Süd məhsulları]]