Vikiuşaq:Qaraciyər: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 1:
<blockquote>{{Uşaqlar üçün|insan bədəninin ikinci böyük orqanı sayılır. Böyüklərdə onun çəkisi təxminən 1,5-2 kiloqram olur. Qaraciyər qarının yuxarı hissəsində diafraqmanın altında yerləşir. Onun rəngi tünd qırmızıdır. Bu onun [[Vikiuşaq:Qan|qanla]] zəngin olması ilə izah olunur. Xaricdən baxanda onun işini görmək olmur. Amma o, həyat üçün çox vacib orqan olub, yüzlərlə tapşırığı bir vaxta görə bilir. O qidanın həzmində əsas rollardan birini oynayır. Bundan başqa o, qanı zəhərli maddələrdən təmizləyir.[[Şəkil:Liver.svg|thumb|280px|]]
Qaraciyəri bir fabrikə də bənzətmək olar. Burada həyat üçün zəruri bir çox maddələr istehsal olunur. Bir qalın damar vasitəsilə qan qida maddələri ilə qaraciyərin qapısından daxil olur, digər bir damar vasitəsilə isə burada təmizlənmiş və yeni məhsullarla zənginləşmiş qan xaric olur. Qaraciyərdə bir sıra maddələr qandan ayrılır və digərləri isə ona qarışır. Qaraciyərdə şəkər toplanaraq saxlanılır amma ehtiyac duyulduqda dərhal qana ötürülərək digər [[Vikiuşaq:Hüceyrə|hüceyrələrə]] çatdırılır. Qaraciyərdə bir də öd istehsal olunur, əvvəlcə o, qaraciyərin altında yerləşən öd kisəsi adlanan bir kisəcikdə toplanır. Buradan isə öd bir axacaqla bağırsağa tökülür. Öd isə öz növbəsində yağların həzm edilməsində iştirak edir.
</blockquote>}}