Vikikitab:Kömək: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Cekli829 (müzakirə | töhfələr)
Redaktənin izahı yoxdur
Sətir 1:
{{Prinsip|VK:YİK}}
 
Bu səhifənin əsas məqsədi yeni istifadəçilərə qısa zaman ərzində kitabın və kitabdakı məqalələrin necə yaradılmasını başa salmaqdır. Bu yolda bütün yeni istifadəçilərə uğurlar arzulayırıq.
 
== I addım. Kitabın mövzusunu müəyyənləşdirin ==
Sizə maraqlı olan mövzuda kitab və bu kitaba daxil olunacaq məqalələr yaradın. Cəmiyyət üçün vacib və aktual olan, amma Sizə maraqlı görünməyən mövzulara üstünlük vermək vacib deyil. Əvvəlcədən mövzu haqqında ətraflı məlumatınızın olması da böyük əhəmiyyət kəsb etmir. Əsas məsələ, bu mövzunu dərindən öyrənmək həvəsinizin olmasıdır. Bununla belə, yaratdığınız məqalənin mövzusuna dair əsaslı məlumatı haradan götürəcəyiniz haqda təsəvvürünüzün olması vacibdir.