Resept:Ənginar şorbası: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Cekli829 (müzakirə | töhfələr)
Səhifəni '{{Resept | Kateqoriya = Azərbaycan mətbəxi | Porsiya = 4 | Vaxt = 30 dəq. | Hazırlanma mürəkkəbliyi = 3 | Enerji qiyməti = | Şəkil = | Vikipediya =...' ilə yarat
(Fərq yoxdur)

20:24, 21 avqust 2015 tarixindəki versiya

Tərkibi

Bu şorbanı hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır:

  • 4 ədəd təzə ənginar;
  • 1 ədəd orta böyüklükdə soğan;
  • 1 diş sarımsaq;
  • 1 ədəd yerkökü;
  • 1 ədəd bibər;
  • 1/2 limon;
  • 3-4 qaşıq zeytun yağı və 2 qaşıq kərə yağı;
  • 1 yemək qaşığı un;
  • 5 su stəkanı soyuq su;
  • Duz, istiot.

Hazırlanması

Ənginar diqqətlə təmizlənib limonlu-unlu suda saxlanılır. Yağı qazana töküb doğranılmış soğan, sarımsaq və kökləri azca qızardılır. Sonra ənginarı, daha sonra isə unu da əlavə edib qovurmağa davam edilir. Qovrulduqdan sonra üstünə su töküb qaynadılır. Soyudub blenderdən keçirilir və ədviyyatlarla dadlandırılır. Nəhayət, üzərinə əridilmiş kərə yağı tökülərək süfrəyə verilir.

Mənbə