İnformatika: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 1:
== Mündəricat ==
{{Başlıq
* [[/İnformatika kursuna giriş]]
| başlıq = İnformatika elminin tarixi, predmeti və informasiya cəmiyyətindəki rolu
* [[/İnformatika kursunun məqsədi]]
| müəllif =
* [[/İnformatika elminin predmeti haqqında ümumi məlumat]]
| keçidsiz müəllif =
* [[/İnformasiya prosesləri və onların avtomatlaşdırılması]]
| tərcüməçi =
* [[/İnformatika fənninin əhəmiyyəti və vəzifələri]]
| keçidsiz tərcüməçi =
* [[/İnformatika fənninin əsas tərkib hissələri]]
| bölmə =
* [[/Elmi-tədqiqat işlərinin yerinə yetirilməsində İKT-nin rolu və yeri]]
| əvvəlki =
* [[/İnformatikanın və İKT-nin digər elm sahələrində tətbiqi]]
| növbəti =
* [[/İnformatikanın, hesablama texnikası və İKT-nin meydana gəlməsi, təşəkkül tarixi və Azərbaycandakı müasir vəziyyəti]]
| il =
* [[/İstifadə edilmiş ədəbiyyat]]
| qeydlər =
}}
 
[[Kateqoriya:İnformatika| ]]
'''“İNFORMATİKA” ELMİNİNN TARİXİ, PREDMETİ, MƏQSƏDİ VƏ ONUN CƏMİYYƏTDƏKİ ROLU VƏ VƏZİFƏLƏRİ '''
[[Kateqoriya:İnternet]]
[[Kateqoriya:Dəqiq elmlər]]
[[Kateqoriya:Kompüter]]
[[Kateqoriya:Texnologiya]]
 
== “İnformatika” kursuna giriş ==
Sətir 19 ⟶ 23:
Hazırda Azərbaycanda bu sahədə çox ciddi tədbirlər işlənməkdə və həyata keçirilməkdədir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2002-ci ilin fevral ayında Azərbaycan Respublikası ilə BMT İnkişaf Proqramı (İP) arasında imzalanmış proqram-layihəyə müvafiq olaraq hazırlanmış “Aərbaycan Respublikasının ikişafı naminə İKT üzrə Milli strategiya (2003-2012-ci illər)’’-sı Azərbaycan Respublkası Prezidenti tərəfindən 17 fevral 2003-cü ildə imzalanmış və qarşıdakı onillik dövr üçün hökümət proqramı statusu almışdır.
Bu proqramın – İKT üzrə Milli Strategiyanın (İKTMS) yerinə yetirilməsi işi ümumdövlət, ümumxalq əhəmiyyətinə malik olmaqla cəmiyyət həyatının bütün sahələrində İKT-nin tətbiqini və onunla əlaqədar yarana biləcək bütün müsbət və mənfi nəticələrin həllini nəzərdə tutur.
 
[[Kateqoriya:İnformatika]]
 
== “İnformatika kursunun məqsədi ==
İnformatika fənni təliminin əsas məqsədi insanlarda məntiqi və alqoritmik təfəkkür tərzini, məsələlərin səmərəli həlli üsullarının seçilməsinə yönəlmiş yaradıcı və əməli düşünmə qabiliyyətlərini formalaşdırmaq, həmçinin onların gündəlik qarşılaşdıqları problemlərin həlli üçün tələb olunan zəruri informasiyaları kompyuter vasitəsilə ala bilmələri sahəsində texniki bacarıq və vərdişlərin öyrədilməsidir.
Hazırda cəmiyyətin və onun bütün sahələrinin inkişafı İnternetin artmaqda olan intellektual imkanlarından və informasiya resurslarından geniş istifadə olunması ilə əlaqədardır. Ona görə də konkret halda ”İnformatika” kursunun tədrisinin əsas məqsədi və vəzifəsi insanları informatikanın elm və informasiya sənayesi sahəsi kimi, həmçinin fərdi kompyuterlərin və İnternetin müasir vəziyyəti ilə, eləcə də ən müasir informasiya kommunikasiya texnologiyalarının imkanları və tətbiq dairələri ilə tanış etmək, onlarda həmin texnologiyalardan səmərəli istifadə sahəsində vərdişlər aşılamaqdır.
 
[[Kateqoriya:İnformatika]]
 
== “informatika” elminin predmeti haqqinda ümumi məlumat ==
Sətir 48 ⟶ 56:
*1Gb= 1024 Mb = 2<sup>30</sup> bayt;
*1Tb = 1024 Gb = 2<sup>40</sup> bayt.
 
[[Kateqoriya:İnformatika]]
 
 
== İnformasiya prosesləri və onların avtomatlaşdırılması ==
Sətir 69 ⟶ 80:
 
Kompyuter qrafikası, rahat interfeyslər, multimedia texnologiyaları, geoinformasiya sistemləri, intellektual korporativ şəbəkələr, neyroşəbəkə texnologiyaları, tərcümə proqramları, virtual sistemlər və s. kimi bir çox aktual elmi-praktik problemlər İKT elminin perspektiv fundamental və tətbiqi tədqiqat istiqamətləridir.
 
[[Kateqoriya:İnformatika]]
 
 
== “İnformatika” fənninin əhəmiyyəti və vəzifələri ==
Sətir 76 ⟶ 90:
İnformatika fənni insanları informasiyalaşmış cəmiyyətdə praktik həyati fəaliyyətə hazırlayır. O, dünyadakı elektron informasiya resurslarını təhlil etmək bacarıqlarını formalaşdırır.
İnsanların praktiki fəaliyyətə, əməyə və öz təhsillərini fasiləsiz davam etdirmələrinə hazırlanması informatikanın, kompyuter savadlılığının və informasiya mədəniyyətinin aparıcı rol oynamasından, gənclərrin İnformasiya cəmiyyətinə nəzəri və praktiki hazırlığından, onlara müasir şəraitdə dərketmə üsulları və vasitələrindən istifadə etməyə şərait yaradılmasından bilavasitə asılıdır. İnsanlar informasiya mədəniyyətinə, kompyuter savadına yiyələndikcə əmək bacarıqlarını müəyyənləşdirir, gələcəkdə həyat şəraitini daha səmərəli qurmaq imkanı əldə edirlər.
 
[[Kateqoriya:İnformatika]]
 
 
== “İnformatika” fənninin əsas tərkib hissələri ==
Sətir 85 ⟶ 102:
''Formallaşdirma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdirma.'' Kompyuterlərdən istifadə etməklə obyektin modelinin qurulması bir neçə zəruri mərhələləri əhatə edir. Formallaşdırma mərhələsində tədqiqat obyekti haqqında olan nəzəri fikirlər, müvafiq anlayışlar, əsas təsiredici amillər, inkişaf göstəriciləri, asılılıqlar, qanunauyğunluqlar və s. əsasında onun konseptual modeli qurulur. Konseptual modelin izahı riyazi simvolların dilinə çevrilir: yəni obyektin riyazi modeli yaradılır. Riyazi modelin reallaşdırılması üçün həll alqoritmi işlənilir və həmin alqoritm proqramlaşdırma dillərinin köməyi ilə kompyuter proqramına çevrilir. Alınmış kompyuter modelinə tədqiqat obyektinə aid real informasiyalar daxil edilir və nəticədə obyektin informasiya modeli alınır. Məhz bu model imkan verir ki, müəyyən dəqiqliklə obyektin vəziyyəti haqqında real situasiya öyrənilsin, onun nəticələri proqnoz edilsin və müəyyən eksperimentlər aparılsın.
 
Proqramlaşdırma dillərinin köməyilə intellektual xüsusiyyətlərə malik olan bütün kompyuter proqramlarının yaradılması da riyazi üsul və vasitələrdən istifadə etməklə həyata keçirilir. Məhz bu cür proqramların meydana gəlməsi ilə də süni intellekt anlayışı formalaşır. Bu istiqamətdə yaranan intellektual sistemlər insanın yaradıcı fəaliyyətinin, təxəyyülünün nəticəsi olan biliklərin emalına əsaslanır.
 
Qeyri-səlis məntiq və çoxluq əsasında qurulan həmin modellər, demək olar ki, bütün sahələrdə tətbiq olunur. Qeyri-səlis modelin giriş informasiyaları qeyri-dəqiq qiymətlər çoxluğudur. Ona gürə də həmin modellər mürəkkəb və qeyri-müəyyən şəraitdə özünü yaxşı apara bilir və bir çox sahələrdə tətbiq olunur.
 
Sətir 97 ⟶ 116:
 
İnformasiya cəmiyyəti (İC) quruculuğu və ya başqa sözlə desək Cəmiyyətin informasiyalaşdırılması ölkənin intellektual potensialından səmərəli istifadə edərək hərtərəfli inkişafın təmin edilməsi, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin aradan qaldırılması, cəmiyyətdə aşkarlıq və şəffaflığın bərqərar edilməsi, bütövlükdə ictimai həyatın demokratikləşməsi ücün güclü vasitədir.
 
Azərbaycanda informasiyalaşmış cəmiyyətin əsas xüsusiyyətlərinə qlobal informasiya mühitinin yaradılması, sosial və iqtisadi fəaliyyətin yeni formalarının (məsafədən təhsilalma, elektron ticarət, tele iş, elektron demokratiya, elektron hökumət və s.) meydana gəlməsi, informasiya və bilik bazarının yaradılması, müxtəlif səviyyədə informasiya mübadiləsi sistemlərinin inkişafı, vətəndaş və təşkilatların istənilən məlumatı almaq, onu yaymaq və ondan istifadə etmək kimi hüquqlarının tam təmin edilməsi və s. aiddir.
 
[[Kateqoriya:İnformatika]]
 
 
== Elmi tədqiqat işlərinin yerinə yetirilməsində IKT-nin rolu və yeri ==
Sətir 113 ⟶ 136:
*Alim və mütəxəssislərin müəlliflik hüququnun tanınması və qorunması;
*Elektron kəşflərin hüquqi statusunun müəyyənləşdirilməsi və s.
 
[[Kateqoriya:İnformatika]]
 
 
== İnformatikanin və IKT-nin digər elm sahələrində tətbiqi ==
Sətir 126 ⟶ 152:
Bununla yanaşı əks proses də baş verməkdədir. Yəni informatika müxtəlif sahələrə tətbiq olunaraq həmin sahənin yeni inkişaf xüsusiyyətlərini, problemlərini meydana çıxardığı kimi, həmin sahələr də öz növbəsində informatikanın qarşısında ona xas olan yeni problemləri yaradır. Misal üçün informatikanın cəmiyyətin bir çox sahələrində, o cümlədən hüquq-mühafizə orqanlarında, hüquqşünaslıqda, hüquqi proseslərdə geniş tətbiqi informasiya texnologiyalarının özünün hüquqi problemlərini yaratmışdır.
 
[[Kateqoriya:İnformatika]]
 
 
== İnformatikanin, hesablama texnikasi və ikt-nin meydana gəlməsi, təşəkkül tarixi və azərbaycandaki müasir vəziyyəti ==
Sətir 155 ⟶ 184:
2003-cü ildə İKTMS-in qəbulu, həmin ilin dekabrında Cenevrədə İC məsələləri üzrə Dünya Sammitinin (İCDS - WSIS) ölkə rəhbərliyinin iştirakı, 2004-cü ildə Rabitə və İT Nazirliyinin yaradılması, 2005-ci ildə RİT üzrə Dövlət Proqramının işlənməsi, həmin ilin noyabrında Tunisdə İC məsələləri üzrə DS-nin 2-ci hissəsində (WSIS) iştirak, kompyuter texnikası istehsalı sahəsində işlərin həyata keçirilməsi, təhsil, pensiya, vergi, gömrük, İnternetin inkişafı və s. kimi sahələrdə bir çox iri İKT layihələrin işə başlaması, ölkədə müntəzəm olaraq beynəlxalq səviyyəli İKT sərgilərin, forumların, konfransların keçirilməsi, İKT-in tətbiqi sahəsində mühüm qanun və qərarların qəbulu, İKT sahəsində mütərəqqi islahatların aparılması, ölkənin İKT sahəsində bütün beynəlxalq tədbirlərdə iştirakı ümumilikdə informatika və informasiya texnologiyaları elminin və sahəsinin ölkədə sürətlə inkişaf etdiyini göstərir.
 
[[Kateqoriya:İnformatika]]
== Mənbə ==
 
*''Ə.Q.ƏLİYEV, i.e.n., dosent, AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, "Tədris və İnnovasiya Mərkəzi", Mühazirə''
 
 
== Ədəbiyyat ==
Sətir 171 ⟶ 201:
#Azərbaycan respublikasında rabitə və İT inkişafı üzrə Dövlət Proqramı. 2005-2008-ji illər (Elektron Azərbayjan). Bakı 2005. http://www.mincom.gov.az
 
[[Kateqoriya:İnformasiya texnologiyalarıİnformatika]]