İnternet: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Irada (müzakirə | töhfələr)
Redaktənin izahı yoxdur
Səhifənin məzmunu '{{Kitab adı|İnternet|Bu kitab "İnternet" haqqındadır.}} Şəkil:PikiWiki Israel 32304 The Internet Messenger by Buky Schwartz.JPG|thumbn...' yazısı ilə dəyişdirildi
Sətir 1:
{{Kitab adı|İnternet|Bu kitab "İnternet" haqqındadır.}}
[[Şəkil:PikiWiki Israel 32304 The Internet Messenger by Buky Schwartz.JPG|thumbnail]]
== Mündəricat ==
* [[/Giriş]]
==* [[/Yaranma tarixi ==]]
==* [[/İnternetin xidmətləri ==]]
==* [[/İnternetin insana mənfi təsirləri ==]]
==* [[/Əsas anlayışlar ==]]
==* [[/İnternet Banking ==]]
 
[[Kateqoriya:İnternet| ]]
İnternet milyonlarla kompyuteri, tətbiqi proqramları, şəbəkələri, qurğuları özündə birləşdirən qlobal şəbəkədir. İnternet dünyada baş verən informasiya inqilabları sırasında beşinci informasiya inqilabına səbəb olan bir kəşfdir.
 
== Yaranma tarixi ==
İnternet kompyuter-informasiya səbəkəsinin yaradılması istiqamətində tədqiqatlara keçən əsrin 60-cı illərindən etibarən ABŞ-da ildə başlanmışdır. İlk olaraq 1962-ci ildə Massaçuset Texnologiya İnstitutunun əməkdaşları S. Liklayder uzaq məsafədən kompyuter əlaqəsinin yaradılması ideyasının, 1961-ci ildə L. Kleykrok paket kommutasiya nəzəriyyəsini irəli sürdülər. 1965-ci ildə L. Robert və T. Mervil Massaçuset və Kalifoniyada yerləşən iki TX-2 və Q-32 markalı kompyuterlər arasında adi telefon rabitəsindən istifadə edərək əlaqə yaratdılar. Bu təcrübə kompyuter şəbəkəsinin yaradılmasında telefon rabitəsindən istifadənin qeyri-effektivliyini və paket kommutasiya nəzəriyyəsinin üstünlüyünü aşkar etdi.
 
1969-ci ildə ABŞ Müdafiə Nazirliyinin Perespektiv Araşdırmalar İdarəsinə dəvət alan Roberts müasir İnternetin sələfi hesab edilən ilk kompyuter şəbəkəsinin planını hazırladı və 1969-cu ilin yanvar ayının 2-də sonradan ARPANet adlanan bu şəbəkə vasitəsilə Los-Anjeles, Santa-Barbara və Yuta ştatının universitetləri və Stenford Elmi-Tədqiqat İnstitutu arasında informasiya mübadiləsi təmin edildi. Məqsəd, hərbi ştablardakı kompyuterlər arasında informasiya mübadiləsi yaratmaq idi. Bu məqsədlə aparılan tədqiqatlar ABŞ-nın prespektiv elmi işlər idarəsi (ARPA – Advanced Research Project Agency) tərəfindən maliyələşdirilir və nəticədə 1968-ci ildə bu sistem yaradılır. Dünyada ilk yarımfunksional hesablama şəbəkəsi ARPAnet adlanır (net-tor (set) deməkdir).
*Bu şəbəkəyə daxil olan kompyuterlər eyni hüquqlu idilər. Yəni, ARPAnet-də «baş kompyuter – tabe kompyuter» anlayışı yox idi.
*ARPAnet-də əsas şəbəkə protokolu kimi şəbəkələrarası IP (Internet Protocol) protokolu qəbul edilmişdir.
1972-ci ildə B.Kan müasir İnternetin nəzəri əsasını təşkil edən ''açıq şəbəkə texnologiyası'' ideyasını irəli sürdü. Bu ideyanı reallaşdırmaq məqsədilə yeni protokolun hazırlanması işinə başlandı və ''İnternetin atası'' sayılan B. Stefin rəhbərliyi altında TCP/IP protokolu yaradıldı. Bu protokolun yaradılması Internet arxitekturalı lokal şəbəkəsinin yaradılmasını və ARPANet şəbəkəsi ilə müxtəlif arxitekturalı bir sıra məs. PRNET, SATNET şəbəkələrinin birləşdirilməsini mümkün etdi. 1972-ci ildə isə İnternetin ilk xidmət növü elektron poçt (e-mail) fəaliyyətə başladı.
 
Internet – çoxlu sayda kompyuterlərdən, kabellərdən, marşrutizatorlardan və şəbəkədə əlaqəni və işi təmin edən proqram təminatlarından ibarət qlobal şəbəkə sistemidir. Internet şəbəkəsini digər şəbəkələrdən fərqləndirən əsas cəhət onun istifadə etdiyi TCP/IP şəbəkə protokollarıdır.
 
TCP/IP ümumiyyətlə Internetlə kompyuterlər arasında qarşılıqlı əlaqə protokolları kimi başa düşülür.
TCP – Transmission Control Protocol. TCP iki istiqamətdə informasiya mübadiləsini təmin edir ki, bu da informasiyanın yüksək sürətlə translyasiya olunmasına səbəb olur.
 
IP – Internet Protocol. IP protokolu Internet ümumdünya şəbəkəsinin əsas protokoludur.
Kompyuterlər arasında əmr, mətn, qrafika və digər verilənlərin ötürülməsini və qəbul edilməsi qaydalarını təsvir edən razılaşdırılmış və təsdiq olunmuş standart şəbəkə protokolu adlanır. IP protokolu verilənlərin yalnız ötürülməsini təmin edir. Bütün prosesi isə TCP protokolu idarə edir.
 
80-cı illərin axırlarında Internetlə əlaqə yaratmaq istəyənlər modemdən istifadə etməyə başladılar. Modem (modulyator-demodulyator) – fərdi kompyuteri İnternetə qoşmaq üçün istifadə edilən, kompyuter ilə telefon xətti arasında rabitə qurğusu olub, rəqəm elektron siqnallarını analoq (səs) formasına və əksinə avtomatik çevirmək üçün tətbiq edilir. Bu kompyuter yalnız rəqəm, telefon xətti isə – analoq siqnalları ilə işləməsi ilə əlaqədardır. Rəqəm siqnallarının analoq formasına çevirmək prosesi texnikada modulyasiya, əks istiqamətdə çevirmə isə demodulyasiya adlanır. Modem əlaqə xətlərinin (telefon xətləri və s.) köməyi ilə məlumatları uzaq məsafələrə ötürmək və qəbul etmək üçün istifadə olunan qurğudur. Konstruktiv olaraq modemlər iki formada olur: daxili və xarici. Daxili modemlər ana plata üzərində olan sistem şinə qoşulur. Xarci modemlər isə ardıcıl Com portuna qoşulur.
 
Qeyd: İki kompyuter arasında əlaqə sürətinin vahidi – bps (bitper secund), bir saniyədə ötürülən informasiyadakı bitlərin sayına bərabərdir.
 
== İnternetin xidmətləri ==
Verilənlərin Internetdən çağırılmasının bir çox üsulları var. İnternet xidmətləri adlanan bu üsullar aşağıdakılardır:
*Veb-forumlar
*Bloqlar
*Vikilayihələr
*İnternet-şoppinq
*İnternet-auksionlar
*Sosial şəbəkələr
*Elektron poçt
*Xəbər qrupları
*Fayl göndərmə şəbəkələri
*Elektron ödəmə sistemləri
*İnternet-radio
*İnternet-TV
*İP-telefon
*Messencerlər
*FTP-serverlər
*Çat
*Axtarış sistemləri
*İnternet-reklam
*Uzaqdan idarəetmə
*Şəbəkə oyunları
*Web 2.0
*Müstəqil təhsil
*Əşyaların interneti və s.
 
İnternetin xidmətləri müxtəlidir və zaman keçdikcə çoxalmaqdadır:
*WWW (World Wide Web) – ümumdünya hörümçək toru adlanıb, Internet vasitəsilə ötürülən sənədlərdən ibarətdir. Bu üsul hər bir şəxsə və şirkətə öz qəzet və curnalını buraxmağa, şəbəkədə virtual mağaza açmağa, interaktiv kataloq və spravoçnik təklif etməyə, hətta bütün dünyada vidiotəsvir və səs fayllarını yaymağa imkan verir. Tim Berners-Li (Tim Berners-Lee) 1992-ci ildə qrafik interfeys Web yaratdı. Bu interfeysi yaratmaqda məqsəd sənədlərin axtarışını asanlaşdırmaq idi. Beləliklə Web texnologiyası tezliklə bütün dünyada yayıldı.
*E-mail (Electronic Mail) – elektron poçt ünvanı Internet şəbəkəsinə daxil olmuş insanların bir-biri ilə əlaqə saxlamaqlarına şərait yaradır.
*FTP (File Transfer Protocol) – faylları ötürmə protokoludur. Burada faylların bir kompyuterdən digərinə otürülməsi reqlamentləşdirilir. Uzaq məsafədə yerləşən kompyuterlə əlaqə yaradan istifadəçi istədiyi faylı öz kompyuterindən ona və əksinə göndərə bilər (Download, Upload). Başqa sözlə desək FTP şəbəkədəki istənilən kompyuterlə istifadəçi arasında ikili və mətni fayllar mübadiləsi aparmağa imkan verir. FTP vasitəsilə Internetə qoşulmuş istənilən kompyuterlə proqramlar və ya mətn faylları mübadiləsi etmək olar: ftp://
*Telekonfranslar (NetMeeting) – Microsoft NetMeeting proqramı vasitəsilə həyata keçirilir. Bu proqram uzaq məsafədə səs və video əlaqələrin təşkili, eləcə də İnternet vasitəsilə görüş və konfransların keçirilməsi üçün nəzərdə tutulmuşdur. NetMetting xidmət növü məsafədən asılı olmayaraq istifadəçilər arasında səs, mətn, vidio formasında informasiya mübadiləsini, diaqram, qrafiklər və proqramlarla birgə işi təmin edir.
 
== İnternetin insana mənfi təsirləri ==
*İnternet-asılılıq
*Təhlükəli fəsadlar törədən proqramlar
*Hakerlər
*İnformasiyanın həddən artıq olması
*İnternet-tanışlıq
*İdeologiyaların təbliğatı
 
== Əsas anlayışlar ==
 
*Xost – Internet şəbəkəsində çoxməsələli operasion sistemdə (Unix, VMS) işləyən, TCP/IP protokollarını dəstəkləyən və istifadəçilərə hər-hansı şəbəkə xidməti göstərən kompyuterlərdir.
*Marşrütizatorlar – müxtəlif şəbəkələrdə yerləşən qurğular arasında verilənlərin ötürülməsini təmin edən, yəni ən qısa yol seçməklə şəbəkədə paketləri istiqamətləndirir.
*Şlyuz – müxtəlif protokollardan istifadə edən iki şəbəkə sistemi arasında informasiya mübadiləsi aparmağa kömək edən proqramdır. Yəni, TCP/IP protokolu ilə işləməyən şəbəkədəki (məsələn, X25 protokolu ilə işləyən korporativ şəbəkə) informasiyanın Internet şəbəkəsinə çıxmasına şərait yaradır
*Relevant informasiya – axtarılan informasiyaya uyğun gələn informasiya.
*İnternet-provayder (Internet Service provider, ISP) – Web-səhifənin Internetdə yerləşdirilməsini təmin edir. Bu xidmət Web-hostinq adlanır.
 
== İnternet Banking ==
 
"İnternet Banking" sistemi vasitəsilə real vaxt rejimində, günün 24 saatı istifadəçi öz kart və ya cari hesabını idarə edə və aşağıdakı əməliyyatları yerinə yetirə bilər:
*plastik kart və ya cari hesabın balansının yoxlanılması;
*kartlar haqqında ümumi məlumatın (kartlarınızın siyahısı, növləri, adları və hər bir kartınızın və ya cari hesabınızın hesabında mövcud olan vəsaitin məbləği) əldə edilməsi;
*kart ilə aparılmış əməliyyatlar haqqında kiçik çıxarışın əldə edilməsi;
*istifadəçinin kart və ya cari hesabı üzrə, istənilən təqvim ayı ərzində aparılan əməliyyatlar haqqında ətraflı məlumatla çıxarışların tərtib edilməsi;
*kommunal xidmətlərin, elektrik enerjisindən istifadə haqqının ödənilməsi;*
*mobil telefon rabitəsindən istifadəyə görə haqqının ödənilməsi (Azercell, Bakcell, NarMobile);*
*KartTransfer xidməti vasitəsilə kartdan karta pul vəsaitlərinin köçürülməsi;*.
*internet (ADSL) xidmətlərinin ödənilməsi ;
*stasionar rabitə haqlarının ödənilməsi;
*diqər ödəmələr.
 
== Həmçinin bax ==
 
*[[İnternet mühitində informasiya müharibəsi]]
 
[[Kateqoriya:İnformasiya texnologiyaları]]