Resept:Zəfəranlı bulyon: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni 'ZƏFƏRANLI BULYON Qoyun və ya mal sümüyü – 250 q, baş soğan – 20 q, yerkökü – 20 q, cəfəri kökü – 10 q, keşniş və ya şüyüd – 10 q, zəfəran...' ilə yarat
(Fərq yoxdur)

12:42, 14 mart 2016 tarixindəki versiya

ZƏFƏRANLI BULYON

Qoyun və ya mal sümüyü – 250 q, baş soğan – 20 q, yerkökü – 20 q, cəfəri kökü – 10 q, keşniş və ya şüyüd – 10 q, zəfəran - 0,2 q, duz Sümüklər yuyulur və xırda doğranır. Qazana yığılıb su ilə qızdırılır. Kəfi və üzərindəki yağ arabir yığılır, coşqun qaynamağa yol verilmir. Bulyon 5 saat bişirilir. Hazır olmağa 1-1,5 saat qalmış soğan, yerkökü, cəfəri kökü və duz qatılır. Hazır olduqdan sonra zəfəran şirəsi qatılıb süzülür. Bulyonu ətdən də hazırlayırlar. Süfrəyə verildikdə narın doğranmış göyərti əlavə edilir.