Resept:Səməni halvası: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '250px|right '''Səməni halvası''' – şirniyyat növü. Novruzla bağlı elə şirniyyatlar var ki, hazırlanması çət...' ilə yarat
 
Redaktənin izahı yoxdur
Sətir 13:
 
== Hazırlanma texnologiyası ==
Səməni və ya İsfahan halvasının maraqlı bişirilmə texnologiyası var. Halvanı bişirmək üçün yüksək keyfiyyətli, çox da köhnə olmayan buğda tələb olunur. [[Buğda]] təmizlənir, yuyulur və ilıq suya qoyulur. Suya qoyulmuş buğda dəfələrlə yuyulmalıdır ki, [[su]]da qalıb iylənmasin. Bir-iki gün belə yuyulduqdan sonra buğdanın şişdiyini müşahidə edirik, bundan sonra buğda bir də yuyulur və yaş torbanın içinə qoyulur. BurdaBurada da buğdanın yuyulması və nəmlənməsi davam etdirilir. Buğdanın keyfiyyətindən asılı olaraq bu proses 2-7 gün arasında davam edə bilər.
 
Bu prosesin sonunda xeyli miqdarda özündən rişə vermiş buğda alınacaq. Nəzərə almaq lazımdır ki, halvanın keyfiyyətli olması üçün rişələrin göyərməsinə imkan vermək lazım deyil. Lap sonda rişələnmiş buğdalar bir də yuyulur və ət maşınında çəkilir. Klassik variantda, yəni keçmişdə aydın məsələdir ki, onları ət maşınında çəkməyiblər, taxtadan olan tabaqlarda buğdanı əzib südünü çıxarıb istifadə edərmişlər. İndi rahatlıq üçün ət maşınıda çəkilir. Ət maşınında çəkilmiş kütləni tənzif vasitəsilə sıxıb suyunu alırlar. Məhz bu kütlə səməni halvasının bişirilməsində istifadə edilir.