Linux: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Adil (müzakirə | töhfələr)
Adil (müzakirə | töhfələr)
Redaktənin izahı yoxdur
Sətir 1:
== Giriş ==
'''Linux''', çox populyar, sərbəst paylanan və [[Microsoft]] [[Windows]]-a güclü bir alternativ təşkil edən [[əməliyyat sistemi|əməliyyat sistemidir]].
 
Linux nüvəsinin(kernel) yaradıcısı, [[Linus Torvalds]], [[28 Dekabr]] [[1969]]-cu ildə [[Finlandiya]]nın [[Helsinki]] şəhərində anadan olmuşdur. O, on yaşında ikən babası ona [[Commodore VIC-20]] kompüterini almış və Linus da bu kompüterdə babası üçün bəzi statistikaları tutmaqda kömək etməyə başlamışdır. Beləliklə, kompüterlə bərabər gələn bəzi proqramların əl kitabçalarını oxuyaraq bir çox sadə proqramı öyrənmə fürsəti əlinə keçmişdir. Helsinki universitetinin kompüter elmi bölümünə girdiyi vaxt isə artıq tam təşəkküllü proqramçı idi.
 
[[1991]] ilində, [[C]] və [[Unix]] dərsləri aldığı vaxt özünə [[xüsusi kompüter]] ([[PC]]) aldı. Kompüterlə bərabər gələn əməliyyat sistemini bəyənmədiyi üçün öz əməliyyat sistemini yazmağa qərar verən Linus, o vaxtı bir [[Hollandiya]]lı professor tərəfindən yazılan və mənbələri açıq olan [[MINIX]] əməliyyat sistemi ilə maraqlanmağa başladı. Beləliklə Linux MINIX-dən daha yüksək standartlara cavab verə bilən və Linusun Minix-i kəlmələrindən yaranan Linux ortaya çıxdı.
 
[[Linus Torvalds]] öz əməliyyat sistemində [[GNU]] yaradıcısı olan [[Richard Stallman]]ın da əməyinin keçdiyini söyləyir, ona görə ki Linux-un yaradılmasında GNU layihəsi tərəfindən yazılan proqramcıqlar istifadə edilmişdi.
 
Linux ictimayəyə açıqdır və istəyən hər kəs onu bir şərtlə işlədə bilər, o şərt, əlavə olunan bütün inkişafın gizli ya da müəllif hüquqlu olmaması və mütləq sürətdə sərbəstliklə bölüşülməsidir. Linux-un günümüzdəki yeri bu fəlsəfənin bir meyvəsidir.
 
Hal hazırda Linux dedikdə əslində onun nüvəsi nəzərdə tutulur. Bu nüvə sistemin əsas özəyidir və mütəmadi olaraq Linus Torvalds və onun tələbələri tərəfindən təkmilləşdirilir. Bu nüvənin əsasında [[#Hal_haz.C4.B1rda_m.C3.B6vcud_distributivl.C9.99r]]lər yığılır və bizim istifadə etdiyimiz əməliyyat sistemləri də bu distributivlərdəndir.
 
== Linuxun tarixçəsi ==