Alqoritmləşdirmə və proqramlaşdırmanın əsasları/Proqramlaşdırma dilləri: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
k 5.44.36.182 (Müzakirə) tərəfindən edilmiş dəyişikliklər Gr0spy tərəfindən edilmiş dəyişikliklərə qaytarıldı.
Teq: Geri qaytarma
Redaktənin izahı yoxdur
 
Sətir 33:
 
Fortran - Cim Bekus tərəfindən 1954-cü ildə yaradılmış ilk kompilyasıya olunan proqramlaşdırma dilidir. Bu dildə ilk dəfə olaraq proqramlaşdırmanın ən vacib anlayışları realizə olunmuşdur. Ondan bütün dünyada istifadə olunur. 2000-ci ildə onun yeni F2k versiyası yaradılmışdır. Fortrandan əsasən riyazi, texniki məsələlərin proqramlaşdırılması üçün istifadə olunur.
 
Cobol - 1960-cı illərdə yaradılıb. Əsasən iqtisadiyyat sahəsində biznes məsələlərinin həlli üçün nəzərdə tutulan kompilyasiya olunan bir dildir. Bu dil özünün “çoxsözlülüyü” ilə fərqlənir. Bəzən onun əmrləri ingilis ifadələrindən heç də fərqlənmir. Bu dildə, hal-hazırda aktiv surətdə istismar olunan çoxlu sayda əlavələr hazırlanmışdır.
Pascal - 1970-ci illərin sonunda Niklaus Virt tərəfindən yaradılmışdır. Ondan böyük layihələrin hazırlanmasında müvəffəqiyyətlə istifadə etmək üçün imkanlar nəzərdə tutulmuş, proqramın strukturuna olan tələblər gücləndirilmişdir.
 
Basic – Bu dil üçün həm kompilyatorlar, həm də interpretatorlar mövcuddur. İlk dəfə proqramlaşdırmanı öyrənmək məqsədilə 1960-cı illərdə yaradılan bu dil dünyada ən geniş yayılmış dillərdəndir.